Müstəmləkəçi və islamofob Fransa - Parisin hüquq müdafiəçisinə qarşı qərəzi - ŞƏRH

Müstəmləkəçi və islamofob Fransa - Parisin hüquq müdafiəçisinə qarşı qərəzi - ŞƏRH Rəbbani və Azərbaycanı birləşdirən dəyərlər: Neokonializm qarşı mübarizə - ŞƏRH
Analitika
21 Dekabr , 2023 17:02
Müstəmləkəçi və islamofob Fransa - Parisin hüquq müdafiəçisinə qarşı qərəzi - ŞƏRH

Fransa islamofobiya və neokolonializmdən qurtula bilmir, bu mənfur siyasətinin əleyhinə çıxanlara qarşı hər cür cəza üsullarına əl atır. Kolonializmə qarşı ardıcıl mübarizə aparması ilə tanınan Pakistan əsilli Böyük Britaniya vətəndaşı Məhəmməd Rəbbaninin başına gətirilənlər də buna sübutdur. Rəsmi Paris ona qoyduğu qadağanın dünya mediasında geniş işıqlandırılmasının qarşısını almağa çalışsa da, bir sıra beynəlxalq təşkilatlar hüquq müdafiəçisinə dəstək nümayiş etdirirlər. Fransa hakimiyyət orqanlarının onun BMT-nin Cenevrədəki missiyasındakı konfransda iştirakının qarşısını alması sərt reaksiya doğurmaqda davam edir. Məhz Fransa Prezidenti Emmanuel Makron hökumətinin tələbi ilə Rəbbani BMT-nin Cenevrə ofisində Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi “Neokolonializm: İnsan Haqları, Sülh və Təhlükəsizlik” konfransına buraxılmayıb.

İslam Əməkdaşlıq Təşkilatı son bəyanatında Fransa hakimiyyətinin fəaliyyətinə müdaxilə etməyə çalışdığı britaniyalı hüquq müdafiəçisi Məhəmməd Rəbbaniyə dəstək nümayiş etdirib. Məlumat üçün bildirək ki, M.Rəbbani E.Makronun hakimiyyətinin islamofob və neokolonial siyasətini ardıcıl olaraq pisləməsi ilə tanınır. İcraçı direktoru olduğu Britaniya İnsan Haqları Təşkilatı - CAGE Fransa hökumətinin siyasətindəki sui-istifadə hallarını sənədləşdirir. CAGE xüsusilə Quantanamo həbsxanasında saxlanılanların, eləcə də məhkəməsiz saxlanılanların acınacaqlı vəziyyətindən danışıb. Təşkilat işgəncə və digər sui-istifadə hallarının müəyyən edilməsində mühüm rol oynayıb və təşkilat təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün çalışıb. M.Rəbbani dəfələrlə Britaniyanın antiterror qanunlarını da tənqid edib.

Fransada islamofobiyanın yayılmasını, insan hüquqlarının kobud şəkildə pozulmasını bəyan etməsi, hökumətin müsəlmanlara qarşı indiki siyasətini təhqiramiz adlandırması hüquq müdafiəçisini dünyada məşhur edib. O hesab edir ki, Fransada müsəlman bu ölkənin qaydaları ilə yaşamasa, cəmiyyətdə hamının üz döndərdiyi şəxsə çevrilir. Məsələn, müsəlman qız öz dininin tələblərinə uyğun geyindiyi üçün məktəbə buraxılmaya və təhsil hüququndan məhrum edilə bilər: “Bu, yenə də ikili standartlar siyasətidir”.

Görünür, elə bu səbəbdən də, Fransa onun irqçi siyasətini sərt tənqid edən bu şəxsə qarşı açıq fəaliyyətə keçib.

Bir faktı da qeyd edək ki, Fransa neokolonializminə qarşı mübarizədə Azərbaycan da aktiv iştirak edir. Məsələn, Bakı son 4 ildir ki, Qoşulmama Hərəkatına rəhbərlik edir, müstəmləkəçilik və neokolonializmlə mübarizə də bu hərəkatın gündəmindədir. Azərbaycan təşkilatın sədri kimi belə təşəbbüsləri dəstəkləyib. Elə bu səbəbdən də, Paris Bakıya qarşı total hücuma keçib. 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə qarşı çıxması da bu qəbildəndir. Proseslərin gedişi də onu deməyə əsas verir ki, Makron hökuməti çirkin və riyakar siyasətindən əl çəkməyəcək. Bu mövqeni əksər ekspertlər də bölüşür.

Məsələn, Qərbi Avropa üzrə ekspert İqor Molotov “nyus.ru” saytına müsahibəsində bildirib ki, Makronun Fransasında islamofobiya aradan qalxmayacaq: “İslamofobiya, müstəmləkəçiliyin özü kimi insanlara qarşı aşağı münasibət bəsləməkdən irəli gəlir. "Ağ adamın yükü" - Kiplinqin şeiri hələ də Qərbi avropalıların qeyri-Avropa xalqlarına qarşı çoxdankı nifrətini əks etdirir. Bu köhnə dünyagörüşü tez bir zamanda aradan qaldırmaq mümkün deyil”.

Digər bir ekspert İqor Korotçenko də təsdiqləyib ki, Fransa hakimiyyəti neokolonializmi müzakirə etmək üçün istənilən təşəbbüslərə düşmən münasibət bəsləyir.

Beləliklə, göründüyü kimi, yeni müstəmləkəçiliyin müasir problemlərini gündəmə gətirmək cəhdi həm də Fransanın müstəmləkə keçmişini xatırladır. Yelisey sarayı müstəmləkə cinayətləri ilə bağlı ittihamlardan qorxur. Ona görə də, bu yolla Parisin müstəmləkə keçmişini xatırladan siyasətçilər, ictimai xadimlər, hüquq müdafiəçiləri müxtəlif növ məhdudiyyətlərə, qadağalara və hətta həbslərə məruz qalırlar. İndiki halda da hesab edir ki, Azərbaycana, eləcə də, M.Rəbbaninin timsalında ona qarşı çıxanlara qarşı təzyiq göstərməklə problemlərini həll edə biləcək. Paris bütün dünyaya necə yaşamağı öyrədir, lakin söhbət neokolonializm problemlərinə gəldikdə, dialoq əvəzinə polis zorakılığı alətindən istifadə etməyə üstünlük verir. Fransanın hakim dairələri açıq şəkildə liberal ritorikadan istifadə etsələr də, öz ölkələrini hələ də imperiya kimi qəbul edirlər.

Son xəbərlər

Orphus sistemi