Mustafa Həşim: "Yəməndəki münaqişə uzun sürə bilər" - RƏY

Mustafa Həşim: "Yəməndəki münaqişə uzun sürə bilər" - RƏY "Husitləri dəstəkləyən İran bu münaqişənin uzanmasında maraqlıdır"
Analitika
31 Mart , 2015 12:22
Mustafa Həşim: Yəməndəki münaqişə uzun sürə bilər - RƏY

Bakı. 31 mart. REPORT.AZ/  Yəməndəki münaqişə uzun sürə bilər. Bu barədə "Report"a misirli ekspert, "Deutsche Welle"nin icmalçısı Mustafa Həşim bildirib.

"Sabitlik fırtınası" əməliyyatı Səudiyyə Ərəbistanı tərəfindən aparılır, çünki husilər ölkəni öz nəzarəti altına götürsələr, bu İrana loyal qüvvələrin Səudiyyə Ərəbistanı sərhəddinə çox yaxın olacağı deməkdir, bu isə ölkə daxilində problemlər yaradacaq", - ekspert hesab edir. 

Onun sözlərinə görə, Yəməndəki müharibə uzun müddət davam edəcək və yerüstü əməliyyatların keçirilməsi zəruriyyəti yaranacaq: "Husilər dinc sakinlər arasında gizlənir, eləcə də dinc sakinlərin yaşadığı yerlərdə öz zenit artilleriya komplekslərini quraşdırır. Bu da öz növbəsində, Səudiyyə Ərəbistanı və koalisiyaya ölkələri üçün neqativ təsirsiz ötüşməyəcək və ağır itkilərə səbəb olacaq, husilərin mövqelərinin bombalanacağı halda isə mülki vətəndaşlar arasında itkilərə gətirib çıxaracaq, bununla da husilərə qarşı rəğbət artacaq. Koalisiya isə bu əməliyyatla husiləri dialoqa gəlməyə başlamağa vadar etmək istəyir. Buna görə də onlar husiləri iqtisadi və hərbi planda təcrid etmək, eləcə də onların təchizat yollarını kəsmək istəyirlər". 

Ekspertin fikrincə, husiləri dəstəkləyən İran koalisiyanı parçalamaq üçün Yəməndəki münaqişənin uzanmasında maraqlıdır: "İran koalisiya qüvvələrinə digər cəbhədən - Bəşşar Əsədi dəstəkləyərək, Suriyadan təzyiq göstərəcək".

М.Həşim hesab edir ki, Yəməndəki münaqişə neftin qiymətinə təsir göstərə bilər, lakin neftin hasilatından asılı olan Fars körfəzi ölkələrinin iqtisadiyyatına əhəmiyyətli təsir göstərməyəcək: "Əgər Bab-el-Mandeb boğazı husilərin nəzarəti altına keçərsə, bu neftin qiymətinin artmasına gətirib çıxara bilər, çünki digər tərəfdən İran Hörmüz boğazına nəzarət edir. Yəməndə davam edən münaqişə ölkənin öz neft gəlirlərindən məhrum olmasına gətirib çıxaracaq".

Son xəbərlər

Orphus sistemi