Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib - ANALİTİKA

Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib - ANALİTİKA Bu gün ABŞ-ın Federal Ehtiyat Sistemində uçot dərəcəsi ilə bağlı növbəti iclas başlayır
Analitika
18 Dekabr , 2018 11:26
Maliyyə bazarı iştirakçılarının diqqəti Vaşinqtona yönəlib - ANALİTİKA

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu gün ABŞ-ın Federal Ehtiyat Sisteminin Açıq Bazar Əməliyyatları Komitəsinin (Federal Open Market Committe – FOMC) növbəti iclası işə başlayır.

“Report”un analitik qrupu bildirir ki, sabah başa çatacaq iclasda uçot dərəcəsi yenidən nəzərdən keçiriləcək.

Xatırladaq ki, komitənin bu il sentyabrın 25-26-da baş tutmuş iclasında uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 1,75-2%-dən 2-2,25%-ə qaldırılıb. Bu, 2018-ci ilin 3-cü faiz artımı olub. Mütəxəssislərin fikrincə, FED üçün neytral uçot dərəcəsi 3%-dir. Faizin bu həddində ABŞ-da iqtisadi artımın həm ləngimə, həm də sürətlənmə ehtimalı yoxdur. Odur ki, bu dəfəki iclasda da uçot dərəcəsinin azı 0,25 faiz bəndi artırılacağı, 2019-cu ildə isə 3%-ə çatdırılacağı ehtimal edilir.

Bununla belə, bugünki iclasın nəticəsi barədə proqnoz vermək üçün bir sıra iqtisadi göstəricilər də nəzərdən keçirilməlidir. Məsələn, rəsmi statistikaya görə, bu ilin noyabr ayında ABŞ-da kənd təsərrüfatından kənar sahələrdə məşğul əhalinin sayı 161 min nəfər artsa da, ölkədə işsizlik səviyyəsi 3,7% səviyyəsində qalıb. Ay ərzində əmək haqlarının artım dinamikası proqnozdan 0,1 faiz bəndi az – 0,2% təşkil edib. İllik müqayisədə isə maaşların artımı 3,1%-lik səviyyəni qorumaqdadır.

Bununla belə, noyabrda ABŞ-da sənaye məhsullarının istehsalı proqnozdan 0,3 faiz bəndi çox – 0,6% artıb. Ay ərzində dünya bazarında qiyməti ABŞ dollarının məzənnəsindən asılı olan neft və qızıl ucuzlaşıb, ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalıb, dollar avro və ingilis funt-sterlinqi qarşısında bahalaşıb. Yəni Amerika valyutasının vəziyyəti elə də pis deyil və bütün bu amillər FED-in uçot dərəcəsini artırmayacağı fikrini yaradır. 

Son xəbərlər

Orphus sistemi