Emmanuel Makron Fransada hakimiyyətə gəldikdən sonra ölkə xaosa sürüklənib. Onun Prezident kürsüsünə əyləşdiyi vaxt - 2017-ci il Fransa tarixinin bəlkə də ən pis ili kimi vurğulanır. Tək xarici siyasət deyil, eyni zamanda daxili siyasətlə bağlı da çox ciddi problemlər mövcuddur. Məhz onun və komandasının yarıtmaz siyasəti sayəsində Fransa ard-arda mənfi göstəricilərə imza atır.
İdarəetmə sistemindəki naşılıq və qeyri-peşəkarlıq rəsmi Parisi fəlakətə sürükləyir. Daxili problemlərini həll etmək əvəzinə ölkələrin daxili işlərinə qarışan Yelisey sarayı bu riyakar siyasətin "bəhrəsini" götürməkdədir. Bunun nəticəsidir ki, Fransa Avropa qitəsində insan həyatı üçün ən təhlükəli ölkə statusunu əldə edib. Belə statistikanı “Ədalət institutu”nun rəhbəri Pyer Mari Sevin rəhbərlik etdiyi beyin mərkəzi müəyyən edib. Açıqlanan hesabata görə, Fransada cinayətkarlıq indeksi bu gün 55,3 faiz təşkil edir.
"Bir ölkə reytinqdə nə qədər yüksək yerdədirsə, onun sakinləri də özlərini bir o qədər təhlükəsiz hesab edirlər”, - institut direktoru bildirib.
Yayda Olimpiya Oyunlarına hazırlaşır və beynəlxalq yarışma ərəfəsində belə bir göstərici Fransa hakimiyyəti üçün ciddi xəbərdarlıqdır.
Mövcud faktlar da qeyd olunan göstəriciləri təsdiqləyir. Məsələn, zorakılıq, ayrı-seçkilik, dini dözümsüzlük ölkədə pik həddə çatıb. Tək bir fakt - antisemitizm Fransa cəmiyyətinin əsas problemlərindən birinə çevrilib. Baş verən son hadisə isə cəmiyyətdə dini ayrı-seçkiliyin günbəgün gücləndiyindən xəbər verir. Belə ki, Holokost qurbanlarının xatirəsinə Parisdə ucaldılan abidəyə qarşı vandallıq aktı qeydə alınıb. Fransa hakimiyyət orqanları isə baş verən insidentdə xarici iz axtarışına çıxıblar. Söhbət İkinci dünya müharibəsi zamanı yəhudiləri xilas edənlərin xatirəsinə ucaldılan abidəyə qarşı törədilən aktdan gedir. Abidənin üzərində qrafitlər müəyyən edilib.
Parisin ermənipərəst meri Ann İdalqo bəyan edib ki, bu, antisemit akt ola bilər.
Ekspertlər ölkənin bu “statusu qazanmasın”da işsizlik və düzgün siyasətin aparılmaması fikrini irəli sürürlər. Reallıq da budur ki, Fransada işsizlik artmaqdadır. Statistikaya görə, 2 hazırda milyondan çox insan işsizdir. Hakimiyyət bunu qlobal tənəzzülə bağlasa da, yarıtmaz daxili siyasət daha çox səbəb kimi göstərilir. Yerli ekspertlərin fikrincə, Fransa iqtisadiyyatında tənəzzül gələn il də davam edəcək və bu, kütləvi etirazlara səbəb olacaq.
Beləliklə, Emmanuel Makron hökumətinin uğursuzluqları tək xarici siyasətdə deyil, daxili məsələləri də əhatə edib. Məsələn, ölkənin borcu artaraq 313 trilyon dollar təşkil edib ki, bu da rekord göstəricidir. Borclar isə Makronun prezidentliyi dövründə xüsusilə artıb. Halbuki, 1974-cü ildə Beşinci Respublikanın dövlət borcu ÜDM-in cəmi 14,5%-i ilə məhdudlaşırdı.
Digər bir məsələ ondan ibarətdir ki, Makronun idarəçiliyi dövründə dövlət borcu başqa bir maliyyə xəstəliyini - büdcə kəsirini artırıb. 2023-cü ildə Fransanın gəlirləri və xərcləri arasında fərq 154 mlrd. avro təşkil edib. Emmanuel Makronun idarəçiliyi müddətində xarici ticarət balansı dramatik dövrünü yaşayır. Artıq ölkə daxilində Makronun iqtisadi uğursuzluqlarından narahatlıq açıq ifadə olunur.
“Respublikaçılar” Partiyasının siyahısında liderlik edən Fransua-Ksavye Bellami “Le Monde” qəzetində dərc olunan məqaləsində yazır ki, prezident 2017-ci ildən başlayaraq ölkəni bütün dünya qarşısında diskriminasiya etməyə başlayıb.
Siyasi kursun olmaması səbəbindən Afrikadan qovulma, Ukrayna və İsraillə bağlı uyğunsuz siyasət yeridilməsi, xarici siyasət saldosu – bütün bunlar ölkənin gələcəyi üçün ciddi problemlərin baş verəcəyindən xəbər verir. Prezidentliyinin ikinci müddəti (2022-2027) isə bir sıra struktur problemləri ilə yaxınlaşıb. Onlardan yalnız bir neçəsinin adını çəkək; genişmiqyaslı xroniki xarici ticarət kəsiri və yüksək işsizlik.
Yeri gəlmişkən, Makronun idarəçiliyində problemlər o həddə çatıb ki, hökumət bu günlərdə məmur özbaşınalığına qarşı mübarizə tədbirləri hazırlamaq qərarına gəlib. Həm vətəndaşlar, həm də biznes üçün bürokratik prosedurları sadələşdirmək üçün bir sıra tədbirlər elan edilib. Baş nazir Qabriel Attal fransızlara öz administrasiyası ilə tez-tez çətin olan münasibətlərində bir çox yeniliklər vəd etsə də, nəticə yoxdur.
Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, Fransada indiki hakimiyyətin uğursuzluqlarının fəsadları tək xarici siyasətdə deyil, daxildə də hiss olunur. Görünür, 2027-ci ildə prezidentlik müddəti başa çatacaq Makron ölkəni ciddi problemlərlə üz-üzə qoyacaq...