Baqratdan qopmalar –  “qeyb” olan partiya lideri - ANALİZ

Baqratdan qopmalar –  “qeyb” olan partiya lideri - ANALİZ Ermənistanda müxalifət adı altında ümumerməni kilsəsinin liderlik keşiş hərəkat hələ uğur əldə edə bilmir.
Analitika
20 İyun , 2024 14:45
Baqratdan qopmalar –  “qeyb” olan partiya lideri - ANALİZ

Ümumerməni kilsəsinin liderlik etdiyi hərəkat hələ də uğur əldə edə bilmir.

Ölkənin baş naziri Nikol Paşinyan çıxışında bu hadisələrin arxasında ümumerməni katolikosu II Qaregenin durduğunu dəfələrlə vurğulayıb. Bunun da başlıca səbəbi 2018-ci ildən sonra hökumətin kilsə ilə bağlı ittihamedici fikirlər səsləndirməsi və onlara edilən dövlət güzəştlərinin bir çoxunun ləğv edilməsidir.

Bu baxımdan Ermənistan hakimiyyəti bu təsirlərdən xilas olmaq məqsədilə bir neçə istiqamətdə fəaliyyət göstərir.

Eçmiədzin kilsəsi müstəqil deyil, Rusiya pravoslav kilsəsi ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu baxımdan rəsmi İrəvana Moskvanın təsirinin minimuma endirmək üçün onun dayaqlarını neytrallaşdırmağa, yaxud imkan düşdükcə sıradan çıxarmağa səy edir. Ermənistandakı kilsənin Rusiya nəzarətindən çıxması başlıca səylərdən sayılır. Çünki Ermənistanda, erməni icmaları arasında kilsə çox böyük nüfuza malikdir. Onun tabeliyindən xilas olmaq həm də ölkədəki “5-ci kalonu”, xaricdəki Rusiya tərəfdarı, Ermənistan hökuməti əleyhinə olan erməniləri zəiflətməkdir.

Başqa bir istiqamət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) qeyri-müəyyən mövqedir. İyunun 21-də Qazaxıstanın Almatı şəhərində təşkilatın XİN başçıları Şurasının iclası keçiriləcək. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın iclasa qatılmayacağı artıq təsdiqlənib. Artıq rəsmi İrəvanın KTMT-nin tədbirlərində iştirak etməməsi adət halını alıb. Bu günlərdə isə Nikol Paşinyan qurumun sıralarından gec-tez çıxacaqlarını bildirib.

Növbəti istiqamət Ermənistan sərhədlərinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarətindən çıxarılaraq İrəvana verilməsidir. Bu proses İrəvanda “Zvartnots” hava imanında reallaşıb. Rəsmi İrəvan Türkiyə və İran sərhədlərinə də nəzarət etmək istiqamətində cəhdlərini davam etdirir. ABŞ və Almaniya sərhəd mühafizə xidməti ilə bağlı işlərdə Ermənistanla əməkdaşlıq edəcəklərini bildiriblər. Odur ki, İrəvanın bu istiqamətdə Moskvanın təsir dairəsindən çıxmaq cəhdləri davam edir.

Hökumətdə və parlamentdə müxalifət adı altında çıxış edənlərin də bir çoxunun tədricən zərərsizləşdirilməsi prosesi gedir. Məsələn, onlar vergidən yayınmaqda ittiham olunur, yaxud yanacaqdoldurma məntəqələri müəmmalı şəkildə partlayır və s.

Bu və başqa belə hadisələr Ermənistan hökumətinin müqavimətidir.

Keşiş Baqrat Qalstanyanın hərəkatı və hərəkətinin də əvvəlki emosionallığı qalmayıb.

Onun tərəfdarları müxtəlif səbəb və bəhanələrlə etiraz aksiyalarında iştirak etmir. Belələrindən biri Suren Petrosyandır. O, 2023-cü il sentyabrın 17-də İrəvan bələdiyyəsinə keçirilən seçkidə Demokratik Konsolidasiya Partiyası adından namizədliyini irəli sürmüşdü. Bu siyasətçi Nikol Paşinyan hökumətinin tənqidçilərindən sayılır. İyunun 13-də onun yoxa çıxmasına dair məlumat yayılıb.

Baqrat Qalstanyan ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, Suren Petrosyan müxalifətin aksiyasında bir qrupu arxasınca apararaq meydandan gedib. Keşişin sözlərinə görə, ondan bir xəbər yoxdur: “Suren Petrosyana bizim çoxlu suallarımız var”.
Onun sözlərinə görə, Suren bir neçə günlüyə xaricə gedib. Keşiş bildirib ki, onu “oğurlayıblar”. Məsələyə birtərəfli yanaşmaq obyektiv olmaz. Birinci hal, keşişin təmsil etdiyi qüvvələr Surendən əzabkeş sifətində yeni lider hazırlamaq üçün onu gizlədib. Bir müddət sonra onu yenidən dövriyyəyə buraxacaqlar.

İkinci hal, o, əvvəldən hökumətin adamı olub, keşişin aksiyasını dağıtmaq üçün bir qrupu da özü ilə aparıb. Bununla da hərəkata etimadı azaldıb.

Üçüncü hal, doğurdan da Baqratın nəticəsiz aksiyasından siyasilər belə bezib.

Nikol Paşinyan
Nikol Paşinyan

Bütün hallarda keşişlərin etiraz yürüşü zəifləyir. Rəsmi İrəvan islahatları davam etdirir. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkəsinin yeni konstitusiyası üçün layihənin hazırlanmasına göstəriş verib. Bu barədə “Azatutyun” radiosu məlumat yayıb. Bildirilib ki, 2022-ci ildə mövcud konstitusiyaya dəyişikliklər təklif olunması məqsədilə Konstitusiya İslahatları Şurası yaradılıb. Şura yeni konstitusiyanın tam mətnini 2027-ci ilin yanvarına qədər hazırlamalıdır.

Baqratın başlatdığı “Vətən uğrunda Tavuş” hərəkatı əvvəlki mahiyyəti və tələblərindən uzaqlaşıb. O, “Paşinyana istefa” tələbini irəli sürüb. Baş nazir isə yaxın günlərdə Sünikdə Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin müəyyənləşməsi istiqamətində işlərə başlayacağını bəyan edib. Bu da keşiş və təmsil etdiyi qüvvələrə qarşı daha bir zərbə sayıla bilər.

Surenin “qeybi” Ermənistan müxalifətinin yeni mübarizə “üsulu” da ola bilər. Bu, cəmiyyətin “keşişlər hərəkatı”na münasibətinin, inamının göstəricisi sayıla bilər. Başqa sözlə, Baqrat “hərəkatı” bir fürsət idi, anti-Paşinyan qüvvələr hələ də yararlana bilmir. Çıxış yolunu “qeyb” olmaqda görürlər. “Yoxa çıxmaq” növbəsi indi kimindir?

Son xəbərlər

Orphus sistemi