İranın baş bəlası fars şovinizmi – davam edən antitürk təbliğatı - ŞƏRH

İranın baş bəlası fars şovinizmi – davam edən antitürk təbliğatı - ŞƏRH İran bölünmüş millətlər həbsxanasıdır. Rejimin “qövm”, “tayfa” kimi təqdim etdiyi etnik qruplar müxtəlif səbəblərdən bölünməyə məhkum olunmuşlardır.
Analitika
9 Avqust , 2023 16:17
İranın baş bəlası fars şovinizmi – davam edən antitürk təbliğatı - ŞƏRH

İran bölünmüş millətlər həbsxanasıdır. Rejimin “qövm”, “tayfa” kimi təqdim etdiyi etnik qruplar müxtəlif səbəblərdən bölünməyə məhkum olunmuşlardır.

Əbülqasim Firdovsinin “Şahnamə”sinin bilicisi sayılan Cavad Rəncbər Derəxşilor adlı dilçi İranda çıxan “Sazendegi” qəzetində Azərbaycan türkcəsinə və türk millətinə (Azərbaycan dili və azərbaycanlılara) qarşı elmdən və məntiqdən uzaq əsassız fikirlər söyləyib.

O, İranda Türk dili Akademiyasının yaranmasına qarşı çıxaraq bunu “doğru, düzgün təşəbbüs saymadığını” deyərək narahatlığını büruzə verib:

“Ara-sıra Türk Dili Akademiyasının yaradılmasından söhbət açılır. Bu, İranın dostlarını və onu sevənləri narahat edir, bəzi anti-İran dairələr isə bunu alqışlayır.

Farsdilli İran xalqının içərisində yerli dillərdən biri olan türk dili üçün siyasi qurumun yaradılması hansı məna kəsb edə bilər?”

O, bir qədər də irəli edərək belə qurumu yaratmaq istəyənlər barəsində təhqiramiz ifadə işlədib.

Bu adama cavab verməmək də olardı. Ancaq panfarsçılara hərdən cavab vermək, doğrunu izah etməyə ehtiyac yaranır.

İran Konstitusiyasının 23-cü maddəsində bildirilib:

“Əqidələri təftiş etmək qadağandır. Heç kəsi müəyyən əqidəyə malik olduğuna görə təqib etmək, sorğuya çəkmək və töhmətləndirmək olmaz”. Bundan başqa, milli dillərlə bağlı qurumların yaradılması və milli bərabərlik məsələləri də bu Əsas Qanunda öz əksinin tapıb.

Azərbaycan türklərinin ana dilində təhsil almaq hüququ pozulduğu üçün “Firdovsi”çi alim “Türk Dili Akademiyasının yaradılmasının heç bir intellektual, tarixi və siyasi əsası yoxdur” kimi belə gülünc məntiqsiz iddia ilə çıxış edir. O, çürük düşüncəsinə haqq qazandırmaq üçün bu dilin Azərbaycanın dövlət dili olduğunu heç yadına belə salmaq istəmir. Digər tərəfdən İran əhalisinin 30 milyondan çox vətəndaşı bu dildə danışır. Akademiyanın yaranması, türk dilinin “tarixi, siyasi”, sosial, mədəni əsas olması üçün bu azdırmı?!

O, bununla panfarsçı şovinist ideologiyanın daşıyıcısı olduğunu gizlədə bilmir. Çünki bu siyasi-ideologiyanın daşıyıcları və ideoloqları İrandakı Azərbaycan türklərini görməzlikdən gəlirlər. Türkləri “fars dil və ədəbiyyatının bir qolu” adlandıran bu xətt nümayəndələri fars olmayanlara qarşı assimilyasiya siyasətinin həyata keçirirlər. Derəxşilor yüz ildir İranda türklərə qarşı bu siyasəti aparırlar. Onlar Azərbaycan türkcəsində danışmağı qadağan edib, bu dildə danışanları cərimələyib və s. Bu, “dilçi” hələ də Rza şahın dövründəki paniranistlər kimi düşünür.

İrandakı rejim pəhləvilərdən sonra panfarsizm və paniranizmin üstünə İslam pərdəsi çəkməklə bu şovinist düşüncəni, özlərini gizlətməyə çalışırlar. Ancaq həmişə özlərini ifşa edirlər.

Derəxşilor bu çıxışları ilə İranda Azərbaycan türklərinin milli haqlarının tələbi uğrunda mübarizəsinin də üzərinə kölgə salmağa çalışır.

Ancaq “Azadlıq, Ədalət, Milli hökumət!” şüarı bu tip panfarsçıların düşüncəsinin çürüklüyünü, Azərbaycan türkcəsinin isə intellektual, tarixi və siyasi əhəmiyyətini göstərir.

İran məhz belə bir şovinist ideologiya ilə idarə olunur. Ona görə də Güney Azərbaycan türklərinin dilinə, milli mədəniyyətinə, tarixinə, təbiətinə laqeyd və aşağılayıcı münasibət var. Əks halda, Derəxşilor və onun kimilər bu dilin əhəmiyyətinin azaldıb onu gözdən salmağa cəhd göstərməzdilər. Urmiya gölünün quruması da panfarsıst yanaşmanın törəməsidir. İndi panfarsçılar və onların əlaltıları da əl-ayağa düşüb, su hövzəsinin qurumasından danışır, ona əlac etməyə çalışırlar. Belələrindən biri Təbriz şəhərinin imam cüməsi Seyid Məhəmməd Ali-Haşimi Urmiya gölünün son vəziyyəti ilə bağlı çağırış edib: “Urmiya gölü qurumağa doğru irəliləyir. Səlahiyyətlilər bu məsələdə daha çox səy göstərməlidirlər”.

Göl quruyandan sonra haray çəkən belə imam cümələr, yəqin derəxşilorun türk dili ilə bağlı iddialarına qapılar bağlanandan sonra cavab verəcəklər. Derəxşilor əslində Seyid Əli Xaməneinin, Məhəmməd Ali-Haşimin, Həsən Amulinin türkcə danışdığını ələ salır. Çünki Türk Dili Akademiyasını yaratmaq istəyənlər onun intellektual, tarixi və siyasi əhəmiyyətini çox gözəl bilirlər. Bunu başa düşməyənlər şovinistlər və belə rəhbərlərdir. Əgər onlar bunu başa düşsəydilər, o zaman derəxşilorlar özlərini belə cəsarətli göstərməzdilər. İranın baş bəlası panfarsizmdir. Derəxşilor da yeni nəsli də bu ideologiya ilə zəhərləyir...

Son xəbərlər

Orphus sistemi