İran İraqın şimalını vurdu - ərazi bütövlüyünün qorunması Suriya və İraqdan başlayır - ŞƏRH

İran İraqın şimalını vurdu - ərazi bütövlüyünün qorunması Suriya və İraqdan başlayır - ŞƏRH Məlumata görə, İranda hakimiyyətə müxalif sayılan İran Kürdüstan Partiyasına aid silahlıların düşərgəsi o ərazidə yerləşir
Analitika
3 İyul , 2017 13:46
İran İraqın şimalını vurdu - ərazi bütövlüyünün qorunması Suriya və İraqdan başlayır - ŞƏRH

Bakı. 3 iyul. REPORT.AZ/ İran ordusu İraqın şimalında yerləşən Ərbil şəhərinin dağlıq Balekayeti bölgəsini artilleriya atəşinə tutması nəticəsində bir qadın - dinc sakin yaralanıb.

“Report” Haber7-yə istinadən xəbər verir ki, bunu İraqın Soran rayon icra başçısı Kırmanç İzzət bildirib.

Onun sözlərinə görə, artilleriya atəşi iyulun 3-də səhər saatlarından başlayıb.

İzzət İranın sərhəddə yerləşən bu bölgəni bombalaması ilə bağlı sualı belə cavablandırıb: “İran hakimiyyəti İran Kürdüstan Demokrat Partiyasına bağlı silahlıların həmin ərazidə yerləşdiyini iddia edərək həmin yerləri atəşə tutur”.

Məlumata görə, İranda hakimiyyətə müxalif sayılan İran Kürdüstan Partiyasına aid silahlıların düşərgəsi o ərazidə yerləşir.

Ramazan bayramının birinci günündən isə İran tərəfi İraqın Süleymaniyyə bölgəsinin Keladizə rayonuna axan çayın suyunu tamamilə kəsmişdi.

Qeyd edək ki, bir müddət əvvəl İran Kürdistan Demokrat Partiyasının (KDP) lideri Mustafa Hicri İranda da silahlı mübarizənin fəallaşdıracaqlarını bildirmişdi.

Ümumiyyətlə, bu partiya İrandakı hakimiyyətlərə qarşı 70 ildən artıqdır mübarizə aparır. Əvvəllər onların mübarizəsini keçmiş sovetlər ittifaqı dəstəkləyirdi. Son illər KDP fəaliyyətini İraqın Şimalındakı Kürd muxtariyyətinin rəhbərliyi tənzimləyir. Onlar İranda kürdlərin dövlət qurması uğurunda mübarizə apardıqlarını bildirir. Təəssüf ki, bu qüvvələr də iddia etdikləri dövləti Cənubi Azərbaycan torpaqlarının hesabına qurmaq niyyətindədirlər.

İraqın şimalındakı kürdlərin rəhbərliyi isə bu ilin payızında müstəqilliklə bağlı referendum keçirmək istədiklərini bildirib.

Tehrandakı hakimiyyət İraq və Suriyadan sonra ərazi bütövlüyünün parçalanması növbəsinin İrana çatacağını istisna etmir.

Bu yaxınlarda Suriyada terrorçu İŞİD-in mövqelərinin vurulması həm də oradakı terrorçu PKK-nın qolları YPG və PYD-yə xəbərdarlıq olaraq da sayıla bilər. İranın da ərazi bütövlüyünün pozulması məsələsində həmin qüvvələrin - PKK, YPG, PYD və İraqın şimalındakı kürd muxtariyyətinin ortaq mövqeləri var.

Yeri gəlmişkən, İran Suriya və İraqın ərazi bütövıüyünü dəstəkləyir. İraqın şimalındakı kürd muxtariyyətinin keçirəcəyi referendumu isə qəbuledilməz sayır.

Ona görə də ehtimal etmək olar ki, İran da öz ərazi bütövlüyünü qorumağa qonşu Suriya və İraqdan başlayır. 

Son xəbərlər

Orphus sistemi