Yuxarı
    Bağlamaq

    Fransalı ekspert: “Azərbaycan Yeni İpək Yolu layihəsinin reallaşmasında yeni perspektivlərlə üz-üzə dayanıb” - RƏY

    “Əgər Brüssellə Pekinin görüşəcəyi nöqtə varsa, bu da Qafqazdır”

    Paris. 6 noyabr. REPORT.AZ/ “Yeni İpək Yolu Avropa İttifaqı ölkələri üçün böyük əhəmiyyət kəsb edən layihələrdəndir”.

    Bunu “Report”un Qərbi Avropa bürosuna açıqlamasında Fransanın Vojirar İnstitutunun (İnstitut Vaugirard) Avrasiya bölməsinin direktoru, professor Emmanuel Lənko (Emmanuel Lincot) deyib.

    “Xüsusilə, Şərqi Avropa, həmçinin Balkan ölkələri ilə Çin arasında Yeni İpək Yolu layihəsinin tərkib hissəsi kimi dəmiryolu tikintisi sahəsində ikitərəfli razılaşmalar əldə edilib. Buna misal olaraq Çin ilə Serbiya arasında bu sahəni əhatə edən son illər imzalanmış müqavilələri göstərmək olar”, - o qeyd edib.

    “Bununla belə, Avropa İttifaqına üzv dövlətlərin Yeni İpək Yolu layihəsinə yanaşmalarında çox böyük fərqlər müşahidə edirik. Misal üçün Fransa ilə Almaniyanı götürsək, bu layihəyə münasibətdə tutduqları mövqeləri üst-üstə düşmür. Belə ki, Çin üçün Yeni İpək Yolu Almaniyanın sərhədlərinə qədər uzanır, bundan o yana, Fransaya qədər gedib çıxmır. Dəmir yolu, ümumiyyətlə nəqliyyat Fransa ilə Almaniya arasında fikir ayrılıqlarının mövcud olduğu sahələrdəndir. Beləliklə, deyə bilərik ki, Avropa İttifaqına üzv ölkələr Yeni İpək Yolu layihəsinin reallaşdırılmasında tam fərqli və hətta ziddiyyətli mövqelər nümayiş etdirməkdədirlər.

    Lakin, ABŞ-ın yeritdiyi sanksiyalarla bağlı olaraq vəziyyət tamamilə fərqli şəkil ala bilər. Məsələ burasındadır ki, bu sansksiyalarla əlaqədar olaraq Avropa İttifaqı yeni tərəfdaşlar əldə etməyə can atır. Fransanın tutduğu mövqe təbəddülata uğramaqdadır. Emmanuel Makronun 8 yanvar tarixində Çinə səfəri zamanı Syam şəhərindəki çıxışı zamanı nümayiş etdirdiyi mövqeyi ilə bugün dedikləri arasında fərqlər aşkar olunur. Belə ki, Fransa prezidenti 8 yanvarda bəyan etdiyi mövqeyinə sadiq olmadığını və dediklərini geri götürdüyünü nümayiş etdirməkdədir”,- professor bildirib.

    Bununla yanaşı, onun sözlərinə görə, Yeni İpək Yolu layihəsi ilə bağlı qeyri-müəyyənliklər Çin tərəfindən də bu layihənin dolğun işlənib hazırlanmadığını və təqdimatı zamanı mövcud olan qeyri-səlistliklərlə də izah oluna bilər: “Elə bir təəssürat yaranır ki, layihədə qaranlıq tərəflər hələ də çoxdur və layihə həddindən artıq çox ümumi xarakter daşıyır ki, bu da əsaslı narahatçılıqlara səbəb olub. “Think Tank” Araşdırma Mərkəzi tərəfindən aparılan tədqiqatlardan sonra bu yaxınlarda dərc edilmiş son hesabatda Yeni İpək Yolu layihəsi məhdud və əsasən də Fransa üçün qeyri-müəyyən nəticələr vəd edən fantastik bir layihə kimi qiymətləndirilib.

    Burda məsələnin ideoloji tərəfi də var ki bu da Yeni İpək Yolu layihəsinin reallaşması üçün əngəllər törədən amillərdəndir. Belə ki, Yeni İpək Yolu Çinin irəli sürdüyü bir layihədir, beləliklə ABŞ və onun tərəfdaşlarının irəli sürdükləri layihələrə rəqib kimi çıxış edir. Burda xüsusilə Hindistan-Sakit okeanını əhatə edən layihələri nəzərdə tuturam ki, son zamanlar bizdə belə təəssürat yaranıb ki, Makron məhz bu qəbildən olan layihələrə maraq göstərməkdədir. Beləliklə, bir tərəfdən ABŞ və onun tərəfdaşlarını dəstəkləyən Yaponiya və Hindistan başda olmaqla amerikapərəst dövlətlər, digər tərəfdən isə Yeni İpək Yolu layihəsi tərəfdarları olmaqla, beynəlxalq aktyorlar arasında soyuq müharibə olmasa belə kəskin fikir ayrılıqları ilə səciyyələnən bölünmə baş qaldırmaqdadır”.

    Emmanuel Lənko

    Fransanın Vojirar İnstitutunun Avrasiya bölməsinin direktoru, professor Emmanuel Lənko

    "Yeni İpək Yolu Çinin irəli sürdüyü bir layihədir, beləliklə ABŞ və onun tərəfdaşlarının irəli sürdükləri layihələrə rəqib kimi çıxış edir". 

    E.Lənko həmçinin deyib ki, Orta Asiya ölkələri Çinin beynəlxalq siyəsətinin çox böyük diqqət ayırdığı hissəsidir və bu ölkələr arasında Çin diplomatiysının açarı Özbəkistandır ki, məhz bu ölkədə Şanqay Əməkdaşlıq Təşkilatının əsası qoyulub: “Lakin Qafqaz Avropa ilə Asiyanın kəsişməsində yerləşdiyini nəzərə alaraq hesab edirəm ki, Avropa İttifaqı və Çin məhz bu zonada görüşə bilərlər. Efesli Heraklit deyib ki, ziddiyyətlər bir-biri ilə vəhdətdədir. Maneələr yeni mübadilələr üçün imkanlar açır. Sanksiyalarla üzləşən İranla qonşu olan Azərbaycan üçün xüsusilə yeni imkanlar açıla bilər. İranın sanksiyalarla üzləşməsindən Azərbaycan özünün coğrafi neytral mövqeyi sayəsində bəhrələnə bilər. Əgər Brussel ilə Pekinin görüşəcəyi nöqtə varsa bu da Qafqazdır.

    Rusiya mənim gözümdə potensial çətinlikləri olan bir ölkədir. Rusiyanın Ümumi Daxili Məhsulu (UDM) İtaliyanınkina bərabərdir. Bu o deməkdir ki, Rusiya kasıb ölkədir. Əlbətdəki, Rusiya hərbi, və nüvə sahəsində böyük potensiallara malikdir. Elə bu səbəbdən də, Çin Rusya ilə tərəfdaşlıq edir. Lakin iqtisadi məsələlərə gəldikdə isə Rusiya zəif tərəfdaş olaraq qalır və hesab edirəm ki, Rusiyanın gələcəyi Vladimir Putindən sonra hakimiyyətə kimin gələcəyindən birbaşa asılı olacaq. Artıq Rusiyanın Vladir Putindən sonra gələcəyinin necə olacağı sualı ətrafında fikirləşməyimiz gərəkdir. Beləliklə, Rusiyanın zəifliyi və böhrana doğru addımlaması Yeni İpək Yolu layihəsinin bugünkü böhran vəziyyətinində olmasında imzası var ki, bu digər ölkələrə, şərqdə Avropa İttifaqı, cənubda Qafqaz, hətta Çinə belə mənfi təsiri edir. Beləliklə, Yeni İpək Yolu layihəsinin gələcəyi Rusiyanın gələcəyindən asılıdır desək səhv etmərik. O üzdən Yeni İpək Yolu layihəsi reallaşıb reallaşmayacağı hələ də sual altındadır”.

    “Beləliklə, Yeni İpək Yolu layihəsinin reallaşması üçün bugünkü şərait o qədər də ürəkaçan deyil. Çünki, bir tərəfdən, Yeni İpək Yolu layihəsi Hind-Sakit okeanı layihələri ilə rəqabətdədir. İkinci tərəfdən, Rusiyanın gələcəyi sual işarəsi altındadır. Nahəyət, üçüncü səbəb Orta Asiyanın bəzi ölkələrinin çətinlikləri ilə bağlıdır. Əfqanıstan, Pakistan və Orta Asiya ölkələrindən isə Tacikistan vətəndaş müharibəsinin alışmasına lavüd olan riskli ölkələrdəndir. Belələliklə, bu regionun risk altında olduğunu bilə-bilə bu layihəni necə reallaşdırmaq mümükündür. Bu layihədə iştirak edəcək bütün ölkələr, xüsusilə Avropa İttifaqı üçün fantastik imkanların olduğunu nəzərə alsaq belə, hazırda bu layihə əlverişli olmayan bir mərhələ yaşamaqdadır. İrana qarşı tətbiq edilmiş sanksiyalar bütün ölkələr, eləcə də Avropa İttifaqı üçün problem yaradır.

    Bir ölkə çətinliyə düşəndə ona periferik ölkələr bu vəziyyətdən bəhrələnir. Belə bir vəziyyətdə, yəni, İrana olan sanksiyalardan sonra iranlıların düşdüyü böhran vəziyyəti Azərbaycan üçün yeni imkanlar açır. Azərbaycan Yeni İpək Yolunun reallaşmasında yeni perspektivlərlə üz-üzə dayanıb”, – direktor fikrini tamamlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi