FED-in iclasından ciddi qərarlar gözlənilmir

FED-in iclasından ciddi qərarlar gözlənilmir Avronun məzənnəsi 1,18-1,20 USD/EUR diapazonuna yüksələ bilər
Analitika
25 İyul , 2017 16:19
FED-in iclasından ciddi qərarlar gözlənilmir

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) növbəti iki günlük iclası işə başlayır. "Report" xəbər verir ki, iclasda uçot dərəcəsində dəyişikliklər və iqtisadiyyatın vəziyyəti ilə bağlı müzakirələr aparılacaq. 

Sabah Bakı vaxtı ilə saat 22.00-da FED-in qərarı və Federal Açıq Bazar Komitəsinin (FOMC) yekun mətni açıqlanacaq. 

"Report"un analitik qrupu xəbər verir ki, FED-in budəfəki iclasında uçot dərəcəsininm artırılması gözlənilmir. Bununla yanaşı, yekun mətndə FED-in balansını nə zaman azaltmağa başlayacağı ilə bağlı siqnalların olacağı ehtimalı da azdır. Belə ki, ABŞ iqtisadiyyatının ilk rübdə 1,4%-lik aşağı artım tempi, maaşlarda 0,1%-ə kimi cüzi artım, inflyasiyanın 1,6%-ə geriləməsi FED-i bir qədər gözləməyə məcbur edir. Hazırda ABŞ iqtisadiyyatında ən yaxşı göstərici işsizlikdə qeydə alınıb. Belə ki, həftəlik işsizlik müraciətləri 247 min nəfərə qədər geriləyib. Lakin bu amil FED-in monetar siyasətini sərtləşdirmək üçün kifayət etmir. FED-in əsas diqqəti inflyasiya göstəricisinə istiqamətlənib.

Sabahkı yekun mətndə FED sərt monetar siyasətdən bir müddət uzaqlaşacağı barədə siqnal verərsə, dollar əsas rəqibi olan avro ilə müqayisədə hazırkı 1,1650 USD/EUR səviyyəsindən 1,18-1,20 USD/EUR diapazonuna qədər yüksələ bilər. Lakin gözləntilər FED-in sabah valyuta bazarında sərt hərəkətlərə yol verməyən açıqlamalar edəcəyi istiqamətindədir.

Son xəbərlər

Orphus sistemi