FED bazarda dollar kütləsini azaltmağa başlayır

FED bazarda dollar kütləsini azaltmağa başlayır Balansın azaldılması qlobal maliyyə bazarlarına mənfi təsir göstərəcək
Analitika
13 İyun , 2017 16:41
FED bazarda dollar kütləsini azaltmağa başlayır

Bakı. 13 iyun. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün başlayan və iki gün davam edəcək iclasının yekununda balansını azaldacağı barədə açıqlamalar verəcəyi gözlənilir. "Report" xəbər verir ki, ABŞ iqtisadiyyatının proqnozlaşdırılandan daha sürətli artımının qarşısını almaq üçün FED balansında olan istiqraz portfelini sataraq əlavə likvidliyi sterilizasiya etmək istəyir. 

Qeyd edək ki, FED-in balansında topladığı istiqraz portfeli 2008-2009-cu illərin maliyyə böhranı illərində ölkəsinin maliyyə bazarlarına likvidlik dəstəyi vermək məqsədilə yaranıb. O zaman bu üsulla çətin vəziyyətdən çıxan FED, indi də sürətli iqtisadi artım və inflyasiyanın qarşısını zamanında almaq üçün balansını boşaltmağa hazırlaşır.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, FED-in balansı hazırda 4,5 trln. dollar təşkil edir. Bunun 2,5 trln. dolları dövlət istiqrazları, 1,8 trln. dolları isə ipoteka qiymətli kağızlarının payına düşür.

Sabahkı açıqlamalarında FED-in balansını nə zaman kiçiltməyə başlayacağı barədə fikirlər səsləndirməsi gözlənilir. "Report"un analitik qrupu bildirir ki, balansın azaldılması dollar kütləsinin bazardan yığılması, faizlərin artması deməkdir. Bu qərar dünya maliyyə bazarlarına mənfi təsir edəcək.

Son xəbərlər

Orphus sistemi