​Ermənisevərlərə xatırlatma - bu etnos vətəni dabanında daşıyandır - ŞƏRH

​Ermənisevərlərə xatırlatma - bu etnos vətəni dabanında daşıyandır - ŞƏRH Son 6 ildə 3 milyon əhalisi olan Ermənistanı 400 mindən çox erməni tərk edib
Analitika
3 Mart , 2015 15:15
​Ermənisevərlərə xatırlatma - bu etnos vətəni dabanında daşıyandır - ŞƏRH

Bakı. 3 mart. REPORT.AZ/ ABŞ Konqresinin üzvü Adam Şiff "Sumqayıt hadisələri"nin "27-ci ildönümü" haqda bəyanatla çıxış edib. O, həmin günlərdə baş verənlərin "Azərbaycan tərəfdən gizlədilməsinə cəhd göstərildiyini" söyləyib.

Bu amerikalı konqresmen hesab edir ki, Azərbaycanda "firəvan yaşamış 450 min erməni məhv edilib".

Adam Şiff heç şübhəsiz Sumqayıtın Azərbaycanın hansı tərəfində yerləşməsindən, sovetlər birliyi, ermənilərin Qafqaza gəlişi, Qarabağ və başqa yerli özəlliklərlə bağlı məsələlərdən xəbərsizdir.

Belələrinin gözləri ya türk düşmənçiliyindən, ya erməni sevgisindən, ya da dünya malı hərisliyindən həqiqəti görməkdən məhrumdur.

Ermənilərin Bakıdan, Sumqayıtdan, Gəncədən, ümumiyyətlə, Azərbaycandan getməsinin səbəbləri artıq təsdiqlənib. Bununla belə, indiki vəziyyətdə həmin məsələni yenidən gündəliyə gətirməyə cəhd etməsi Adam Şiffin qeyri-ciddiliyindən xəbər verir. Belə çıxır ki, Azərbaycanı ittiham edib, hakim rolunda çıxış etmək istəyənlər, o cümlədən bu konqresmen 27 il ərzində bir cümlə də olsun əlavə məlumat, mənbə oxumayıb. Ədalətli hakim rolunda çıxış etmək üçün qarşı tərəfin mövqeyini bilmək, həmin dövrdə keçmiş SSRİ-də baş verən hadisələrdən xəbərdar olmaq üçün heç şübhəsiz bu, vacib elementdir.

Təəssüf ki, ermənilərin əsassız mövqeyini müdafiə edənlər bu gerçəklik hissindən məhrumdurlar.

Sirr deyil ki, XIX əsrin sonlarında, elə XX əsrin əvvələrində, lap elə sovetlər dönəmində ermənilər Azərbaycanda firəvan yaşayırdılar. Ötən yüz illiyin başlanğıcında Bakıda neft bumu zamanı onlar da neft buruqlarına sahib idilər. Bununla belə, Azərbaycan türklərinə qarşı 1905 və 1918-ci il soyqırımlarını törətdilər.

Bu onların etnik özəlliklərindən irəli gəlir. Onlar heç vaxt vətəndaşı olduqları dövlət və ya ölkə çətin vəziyyətə düşəndə onun mənafeyinİ müdafiə etmirlər. Azından son bir əsr yarımlıq tarix bunu təsdiqləyir.

Bu etnos nə İraq və Suriyada İŞİD-ə qarşı vuruşur, nə də bu dövlətlərin demokratik yolla inkişafında iştirak edirlər. Onlar daha çox həmin ölkələrdən yararlanır, vəziyyət çətin olanda isə həmin ərazilərdən qaçırlar. Bu azmış kimi, belə ölkələrdə "erməniləri qırırlar" deyib, bağırır, dünyada özlərini əzabkeş kimi beynəlxalq rəyə sırımağa çalışırlar.

Son illər onlar İraq və Suriyadan qaçırlar, İranda 1979-cu il inqilabından sonra bu ölkəni də tərk etdilər.

Vəziyyət o yerə çatıb ki, onlar üçün yaradılan Ermənistandan da qaçmağa başlayıblar. Məlumatlara əsasən, dünyanın 85 ölkəsində 7-11 milyon arası erməni yaşayır. Rəsmi mənbələrin məlumatına əsasən, 3 milyon əhalisi olan Ermənistanı son 6 ildə 400 mindən çox erməni tərk edib.

Ermənistan Statistika Xidmətinin məlumatına əsasən, 2014-cü ilin yanvar ayı ilə müqayisədə 2015-ci ilin müvafiq dövründə Ermənistan əhalisinin sayı 6 500 nəfər azalıb.

Ötən ilin yanvarında ölkə əhalisinin sayı 3 milyon 18 min 100 nəfər olduğu halda, bu il 6 500 nəfər azalaraq, 3 milyon 10 min 600 nəfər olub. Bu yöndə olan faktların sayını artırmaq da olar. Bu yuxarıda qeyd etdiyimizi, ermənilərin həmişə qaçmağa hazır olduqlarını təsdiqləyən faktlardandır.

Nəhayət, bu qısa xatırlatma ilə bir daha diqqətinizə ermənilər üçün vətən, dövlət təəssübünün olmadığını çatdırmaqdır. Başqa sözlə, onlar vətəni dabanlarında daşıyan etnosdur. Elə Azərbaycandan da bu səbəbdən gediblər.

Son xəbərlər

Orphus sistemi