Ermənistan və
Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova
"Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qazıntı işləri aparması onların növbəti cinayət tərkibli əməlidir".
Maisə RəhimovaДиректор Института археологии и этнографии Маиса Рагимова
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova “Report”a açıqlamasında bildirib ki, Azərbaycanın torpaqlarında qazıntı işləri aparmaq istəyən iştirakçılar bununla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etməlidir: “Bizim institut isə müraciətə baxdıqdan sonra rəyi Azərbaycan Mədəniyyət Nazirliyinə göndərir və bundan sonra vəkalətnaməni nazirlik təqdim edir. Ona görə də ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qazıntı işləri aparması tam qanunsuzdur və bu, onların növbəti cinayət tərkibli əməlidir. Çünki onlar heç bir rəy verilmədən Azərbaycanın torpaqlarında arxeoloji qazıntı işləri aparıblar. Soruşmaq lazımdır ki, axı, ay erməni, sən mənim torpağımda nə axtarırsan? Onsuz da tapacağın bütün maddi-mədəniyyət nümunələri Azərbaycan xalqının tarixinə və mədəniyyətinə məxsusdur. Bir məsələni də qeyd edim ki, hazırda Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən Dağlıq Qarabağın işğal olunmamış ərazilərində arxeoloji qazıntılar aparılır. Əməkdaşlarımız bu il ərzində Ağdam rayonunun işğal altında olmayan ərazilərində iki dəfə arxeoloji qazıntılar aparıblar. Həmin ərazilərdə tapılan bütün maddi-mədəniyyət nümunələrinın hamısı Azərbaycan xalqının mədəniyyətinə aiddir. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Ermənilər çox söz deyə bilərlər, amma tarix sübut edir ki, onlar bizim torpaqlarımızı zəbt ediblər. Onlar Azərbaycanın Azıx mağarasını da özününküləşdirməyə çalışırdılar. Azərbaycan alimləri 1950-ci və 1968-ci illərdə Azıxda qazıntı işləri aparıblar. Professor Məmmədəli Hüseynov bu qazıntı işlərinin birinə rəhbərlik edib. Bu da bütün dünyaya məlumdur. Ermənilər Ağdamda guya qazıntı işləri aparıldıqdan sonra onlara məxsus qədim əşyaların çıxdığını iddia edirdilər. Bunlar bu cür yalan məlumatlar yaymaqla məşğuldurlar”.
Tarixçi alim Ramin Əlizadə
"Xarici İşlər Nazirliyi işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən qeyri-qanuni qazıntı işləri aparılması ilə bağlı UNESKO-ya müraciət edə bilər".
Ramin ƏlizadəИсторик Рамин Ализаде
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Ramin Əlizadə də “Report”a açıqlamasında vurğulayıb ki, Qarabağda Azərbaycan dövlətinin icazəsi olmadan aparılan qazıntı işləri qeyri-qanunidir: “Çünki Ermənistan da mədəniyyətlə bağlı konvensiyalara qoşulub və bu istiqamətdə bir neçə sənədə imza atıb. Hesab edirəm ki, Azərbaycanın Xarici İşlər Nazirliyi işğal altında olan torpaqlarımızda Ermənistan tərəfindən qeyri-qanuni qazıntı işləri aparılması faktı ilə bağlı UNESKO-ya müraciət edə bilər. Çünki Azərbaycan dövlətinin xəbəri olmadan onun ərazilərində arxeoloji qazıntılar aparılıb. Ermənilərin Ağdamda uydurduqları “Tiqranakert” adlı yerdə apardıqları qazıntı işləri zamanı tapılan bütün maddi-mədəniyyət nümunələri, kurqanlar Azərbaycan xalqına məxsusdur. Orada qəbir abidələrinin kurqan formasında olması bunun türk xalqlarına aid olduğunu sübut edir, aşkar olunan müxtəlif əşyalar isə oğuz türklərinin gündəlik istifadə etdikləri keramika nümunələridir. Burada tapılan müxtəlif məişət əşyaları, silahlar, tuncdan hazırlanmış nizə ucluqları, oxlar və s. türk tayfalarına məxsusdur. Bunlar hamısı detallı şəkildə sübut olunub. Ona görə də bu ərazilərin ermənilərə aid olmasından zərrə qədər də söhbət gedə bilməz. Eyni zamanda Ağdamda, Xocalıda, Şuşada, Xocavənddə, Xankəndində, Tərtərdə yüzlərlə kurqan abidələri və bunların ətrafında olan müdafiə qalaları olub. Onlar kurqan mədəniyyətinin tərkib hissəsidir”.
Tarixçi qeyd edib ki, Qarabağın ermənilərə aid olmasını sübut edən nə yazılı, nə də arxeoloji abidə yoxdur: “Sadəcə təxribat yaratmaq ermənilərin adətidir. Onlar bu dəfə arxeoloji təxribata əl atıblar. Onların Ağdam rayonu ərazisində arxeoloji qazıntılar zamanı tapdıqları əşyalar isə yalnız Azərbaycan xalqının ulu babalarına aiddir. Ermənilərin əlindən hadisələri və prosesləri yalnız təhrif etməklə yaymaq gəlir. Onlar heç bir zaman bu ərazilərdə erməni yazısı belə tapa bilməzlər. Onların “Tiqranakert” adlandırdıqları əraziyə Tiqranın özü belə gəlib çıxmayıb. Antik dövr alimləri ermənilərin Qərbi Azərbaycanda, Göyçə gölü ətrafında, Qarabağda, Naxçıvanda və s. yaşamasını təkzib edirlər. Hətta yazılı mənbələrdə bununla bağlı heç bir fakt da yoxdur. Tiqranın, ümumiyyətlə, nəinki Qarabağa, hətta Göyçə gölü ətrafına gəlib çıxması barədə heç bir tarixi fakt yoxdur. Ona görə də ermənilərin bu iddiaları uydurmadan başqa bir şey deyil. Burada istər yerüstü, istərsə də yer altında olan bütün maddi-mədəniyyət nümunələri Azərbaycan xalqına məxsusdur. İşğal etdiyi ərazilərdə yalançı arxeoloji qazıntılar apararaq, qazıntıların nəticələrini saxtalaşdıraraq özlərinə uydurma tarix yaratmaq ermənilərin köhnə peşəsidir. XIX əsrin əvvəllərində Çar Rusiyası tərəfindən Şimali Azərbaycan torpaqlarına köçürülən ermənilərin bu ərazidə qədim abidələri necə ola bilərdi?!”