"Le Fiqaro" terrorçuların, kütləvi qırğın törədənlərin müdafiəçisi rolunda - ŞƏRH

"Le Fiqaro" terrorçuların, kütləvi qırğın törədənlərin müdafiəçisi rolunda - ŞƏRH Qərəzi və ikili mövqeyi ilə seçilən Qərb, xüsusən də Fransa mediası öz ampluasındadır. Bu prinsipləri sözün həqiqi mənasında prioritet elan edib. Müstəqil, birtərəfli mövqe ortaya qoyur, daha çox siyasi sifarişlər yerinə yetirir. Məsələn, bu ölkənin “Le F
Analitika
13 Dekabr , 2023 16:53
Le Fiqaro terrorçuların, kütləvi qırğın törədənlərin müdafiəçisi rolunda - ŞƏRH

Fransanın “Le Fiqaro” nəşri 150-yə yaxın "beynəlxalq xadim"in açıq məktubunu öz səhifəsində dərc edib. 30 il Azərbaycan torpaqlarının işğal altında qalmasına göz yuman, Xocalı soyqırımı ilə bağlı bir material belə dərc etməyən media orqanı soyqırımı, hərbi cinayətlər və kütləvi qırğınlarda şübhəli bilinərək həbs olunan şəxslərin azad edilməsi ilə bağlı qərəzli çağırışa öz səhifəsində geniş yer ayırıb. Çox güman ki, sözügedən məktubu elə-belə dərc etməyib, ortada maddi maraq var. Yoxsa, barələrində hələ ki məhkəmə qərarı verilməyən şəxslərin azad edilməsi məsələsi onu bu qədər maraqlandırmazdı.

Azad edilməsi istənilən şəxslərin siyahısı da qərəzlidir. 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, Qarabağda keçmiş qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, Qarabağda terrorçuları maliyyələşdirən erməni milyarder Ruben Vardanyan və s. şəxslərin adları siyahıda var.

Şübhəsiz ki, müraciəti imzalayanların əksəriyyəti heç həbsdə olan şəxsləri tanımırlar, istisna deyil ki, erməni lobbisinin sifarişini yerinə yetiriblər.

Bir faktı da qeyd etmək yerinə düşər ki, lobbi ilə Ermənistan hakimiyyəti arasında siyahıda əks olunan şəxslərlə bağlı ortaq mövqe yoxdur. Lobbi hər vəchlə Azərbaycanla sülh razılaşmasına qarşı çıxır, revanşist qüvvələri dəstəkləyir. Ermənistanla Azərbaycan arasında son razılaşmalara qarşı çıxan lobbinin indiyə qədər əldə olunan razılaşmalara reaksiya bildirməməsi də bundan xəbər verir. Rəsmi İrəvan isə qeyd olunan şəxslərlə bağlı heç bir mövqe ortaya qoymayıb. Görünən odur ki, Azərbaycanofobiya, türkofobiya xəstəliyi erməni lobbisinin qurtula bilmədiyi xəstəlikdir. İki ölkə arasında münasibətlərin gərginləşməsi, Azərbaycan torpaqlarının işğalında da diasporanın rolu bəllidir. Birinci və İkinci Qarabağ müharibəsi zamanı bölgəyə muzdlu terrorçuların göndərilməsi, maliyyə toplanması, xeyriyyə kampaniyaları altında marafonlar keçirilməsinin də ilhamvericisi məhz onlar olublar. Bu kampaniyalar isə ona milyardlarla dollar gəlir gətirib. İndi isə Azərbaycan və Ermənistanın vasitəçilərin iştirakı olmadan sülhə doğru getmələri erməni lobbisinin planlarını pozub.

Şübhəsiz ki, Azərbaycanda həbs edilən, məhkəmə qərarlarını gözləyən terrorçuların azad olunmasına çağırış ölkəmizə qarşı növbəti təzyiq vasitəsidir. Bu, ilk belə hal deyil. Bir müddət əvvəl erməni lobbisinin təsiri altında olan qüvvələr həmin şəxsləri hətta “siyasi məhbus” elan etmişdilər. 55 nəfərlik siyahıya 44 günlük müharibə zamanı Gəncə və digər şəhərlərimizin bombalanması əmrini şəxsən verdiyini etiraf edən Araik Arutyunyan, qondarma quruma rəhbərlik etmiş Bako Saakyan və Arkadi Qukasyan, erməni milyarder Ruben Vardanyan və s. şəxslərin adları salınmışdı. Müraciətə imza atanların adlarına nəzər salaq - qatı ermənipərəst mövqeləri ilə tanınan Paris meri Ann İdalqo, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo. Hər ikisinin, xüsusən də Okamponun adı hər kəsə yaxşı məlumdur. Bir neçə il əvvəl korrupsiya və cinsi təqibdə ittiham olunan bu şəxsin 44 günlük müharibə zamanı insanlıq əleyhinə cinayətlər törətmiş Araik Arutyunyanla sıx dostluq münasibətləri var.

Okamponun yeni kampaniyada da öndə getməsi təsadüfi deyil. Belə ki, onunla qondarma qurumun keçmiş rəhbəri Araik Arutyunyan arasında işbirliyi olub. Bu barədə mediada da dəfələrlə yazılıb. Vaxtilə Araik məhz Okampodan Qarabağdakı vəziyyətə münasibət bildirməyi xahiş edib və bu, faktdır. Eks-prokuror da tapşırığı yerinə yetirərək Qarabağda mövcud vəziyyət barədə qərəzli hesabat dərc edib. Keçmiş prokurorun Qarabağda “humanitar fəlakət” yaşanması ilə bağlı yersiz iddiası hətta Qərb mediası tərəfindən də təkzib olunmuşdu.

Parisin 62 yaşlı meri xanım Ann İdalqoya gəldikdə, keçmiş separatçıların lideri Araik Arutyunyanla onu sıx əlaqələr bağlayır. Onun Zəngəzurda separatçıların lideri Araik Arutyunyanla onlayn mətbuat konfransı keçirib Azərbaycana qarşı hədyanlar yağdırdığı yaddan çıxmayıb. Bu da təəccüblü deyil. Belə ki, İdalqonun müavinlərindən biri - Anuş Toronyan ermənidir.

Paris meri anti-Azərbaycan, anti-Türkiyə çıxışları ilə tanınır. Qondarma erməni soyqırımı ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə də ad çıxarıb. Yəni o, Fransa hakimiyyətinin qatı ermənipərəst siyasətinin ən fəal təbliğatçısıdır. Lakin “Ermənidən artıq erməni” rolunda çıxış edən merə qarşı korrupsiya ittihamları pik həddə çatıb. Onun büdcə vəsaitləri hesabına xarici səfərlər etməsi xəbərləri Fransa mediasının əsas gündəmindədir. Bundan əlavə, Paris meri sosial şəbəkələrdə təhqir olunur, söyülür. Etirazlar və təhqirlərin geniş miqyas alması İdalqonun sosial şəbəkələrdən çıxmasına səbəb olub.

Beləliklə, erməni lobbisindən maliyyələşən dairələr Azərbaycana qarşı təzyiq göstərməyə çalışırlar. Lakin hər dəfə olduğu kimi, bu dəfə də səyləri əbəs olacaq. Xocalı qatili Vaqif Xaçaturyanla bağlı qaldırılan hay-küy kampaniyası kimi, bu “təzyiq” də nəticəsiz qalacaq. Çünki hədə və haqsız tələblərə baxmayaraq, kütləvi qırğın və terror törətməkdə ittiham olunan şəxslərlə bağlı ədalətli məhkəmə prosesi keçiriləcək və günahkarlar layiqli cəzalarını alacaqlar.

Son xəbərlər

Orphus sistemi