Erməni jurnalistə yaddaş: Qərbi azərbaycanlılar Ermənistanın əsl sakinləridir - ANALİZ

Erməni jurnalistə yaddaş: Qərbi azərbaycanlılar Ermənistanın əsl sakinləridir - ANALİZ Azərbaycanda baş verənlərin Ermənistandan, eləcə də dünyada ermənilər tərəfindən izlənməsi ona münasibət bildirilməsi təbiidir. Ancaq ənənəvi təhriflər tərəflər arasında normallaşma prosesinə mənfi təsir edir, Ermənistana inama xələl yetirir.
Analitika
30 Avqust , 2024 17:03
Erməni jurnalistə yaddaş: Qərbi azərbaycanlılar Ermənistanın əsl sakinləridir - ANALİZ

Azərbaycanda baş verənlərin Ermənistandan, eləcə də dünyada ermənilər tərəfindən izlənməsi ona münasibət bildirilməsi təbiidir. Ancaq ənənəvi təhriflər tərəflər arasında normallaşma prosesinə mənfi təsir edir, Ermənistana inama xələl yetirir.

Vaxtı ilə erməni ideoloqları Silva Kapitukyan, Zori Balayan, Abel Aqambekyan Azərbaycana qarşı təbliğat aparıb, müsahibələr verib, uydurma məqalələr yazıblar. Onlar özlərindən əvvəlki anti-türk erməni ideoloqları və havadarlarının qondarma fikirlərinə istinad etməklə yazılarını və təbliğatlarını inandırıcı etməyə səy göstəriblər. Bu üsulla onlar saxta erməni tarixi formalaşdırıblar. Yüz ildən artıqdır erməni cəmiyyətini bu saxta tarixə inandırırlar.

Elə bu uydurmalar əsasında neçə-neçə erməni nəsli böyüyüb. Bu saxtakarlıqlar əsasında milli tərbiyə alan ermənilər Ermənistanda 1988-1989-cu illərdə qərbi azərbaycanlıları öz yurd-yuvalarından qovaraq onların mal-mülkünə yiyələnib. 300 minə yaxın qərbi azərbaycanlı zorla Ermənistan vətəndaşlığından məhrum edilib. Havadarlarının yardımı və dəstəyi ilə onlar Azərbaycan Qarabağ və ətraf rayonlarını 30 ilə yaxın işğalda saxlayıb, yer və coğrafi adları erməniləşdiriblər. İşğalçı Ermənistan Azərbaycan torpaqlarını, binaları yerlə-yeksan edib, mədəni, dini, tarixi abidələri dağıdıb uçurublar.

Onların vəhşi əməlləri 44 günlük Vətən Müharibəsindən sonra daha çox ifşa olunub. Bu müharibə həm də erməni ideoloqlarının saxta düşüncələrini, onların qəhrəmanlığı barədə formalaşan mifi də darmadağın edib.

Təəssüf ki, balayanların, aqambekyanların, kaputikyanların davamçıları hələ də var.

Onlar mənsub olduqları etnik qrupun ideoloqlarının saxtakarlığından hələ də nəticə çıxarmayıb. Təəssüf ki, ermənilər ənənəvi üsulla təbliğatı davam etdirir.

Avqustun 27-də Melodi Seraydaryan adlı erməni xanımın “armenianweekly” adlı saytda “Azərbaycanlı gənclərin yay düşərgəsində irredentist təbliğat tüğyan edir” başlıqlı məqaləsi yayılıb. Onun yaşı və başına uyğun olmayan bu yazıya münasibət bildirməmək də olardı. Ancaq ənənəvi erməni təbliğatının texnologiyası ilə tanışlığımız olduğu üçün qısa cavab vermək qərarına gəldik.

Haqqında yayılan məlumata görə, bu jurnalist Los-Ancelesdəndir. Kaliforniyada yerli erməni icmasının fəal üzvüdür. O, jurnalistdir. Kaliforniya Universitetində media, hüquq və siyasət sahəsində Media Tədqiqatları üzrə təhsil alır.

Əvvəlcə, “irredentizm” sözündən başlayaq. İtalyan mənşəli bu sözün mənası belədir dil, din, soy və mədəniyyət birliyi olduğu halda bir dövlətin sərhədləri xaricində olan ərazilərin sözü gedən dövlətə birləşdirilməsi fikridir. Bu, milli birləşmə üçün XIX əsr italyan hərəkatından törəmiş bir termindir. Bu mənada İtaliya ilə mədəni və etnik əlaqələri olan, ancaq yeni bu dövlətin idarəçiliyindən kənarda qalan Trente, Dalmasiya, Trieste və Fime nəzərdə tutulur.

Azərbaycan torpaqları da parçalandığında bu termini ona şamil etmək olar. Cənubi Azərbaycan, Borçalı, Dərbənd, Qərbi Azərbaycan azərbaycanlılar üçün Vətən Azərbaycandır. Bu baxımdan bir sıra hadisələr irredentist hərəkatlar sayıla bilər. Ancaq bu Azərbaycanın başqa ölkələrə qarşı ərazi iddiası irəli sürməsi anlamına gəlmir. Çünki Azərbaycan dövlətinin konstitusiyasında özgə torpaqlarının işğal etmək kimi maddə yoxdur.

Müəllif məlum məqaləsinə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 1-7-də keçirilən Qədim Azərbaycan yurdu Laçında Diaspor Gənclərinin V Yay Düşərgəsi barədə məlumatla başlayıb. Laçın şəhərini və Azərbaycanın başqa yer adlarını mənsub olduğu etnik qrupun təbliğatçıları kimi ənənəvi olaraq erməniləşdirib.

Yazının sonrakı hissəsində məlum olur ki, Melodynin əsas ağrısı düşərgədə “Qərbi Azərbaycanın tarixi-memarlıq abidələri, coğrafiyası və təbii gözəllikləri”ni əks etdirən “Qərbi Azərbaycana yaxından baxış” adlı sənədli film nümayiş etdirilməsi və “Qərbi Azərbaycanın tarixi və dəyişdirilmiş toponimləri” ilə bağlı təqdimat keçirilməsidir.

Bu erməni jurnalist Azərbaycan torpaqları haqqında məlumatların yayılmasını, tarixi həqiqətin beynəlxalq ictimaiyyətə və diaspora çatırılmasını “revizionist və ekspansionist konsepsiyaların kökündə pantürkist ərazi ambisiyaları dayanır” kimi qələmə verərək, Avropa Parlamenti və Avropa Şurası bu iddiaları pislədiyindən bəhs edib.

Axı həmin ərazilərin Azərbaycan türklərin aid olduğunu elə avropalıların oxuduqları tarix kitabları belə təsdiqləyir. Ermənilərin baş məsləhətçisi və hamisi sayılan Fransada orta əsrlərə aid xəritələrdə ermənilərə aid bir işarə belə yoxdur. Son 200 ildə onların Cənubi Qafqaza necə yerləşdirdildiklərinin tarixi şərtləri məlumdur. O zaman sual yaranır: onlaradək ermənilərin yerləşdirildikləri ərazilər boş olub? Əlbəttə, yox. Həmin torpaqlarda indi qərbi azərbaycanlı dediyimiz türklər yaşayıb. Arxeoloji qazıntılar, yer adları, toponimlər, dini abidələr, tarixi mədəniyyət abidələri bunu sübut edir. Məsələn, İrəvanda Göy məscid var. Azərbaycanlılara məxsus olan bu islam dini məbədi 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilib və Azərbaycan memarlıq nümunələrindən biridir. Göy məscid İrəvandakı məscidlərin arasında ən böyüyüdür. Çar dövründə İrəvanda azərbaycanlıların ibadət etdiyi 8 məscid olub. XX yüzildə ermənilər bu məscidi iki dəfə 1918 və 1955-ci illərdə yandırıblar.

İngilis tədqiqatçısı Tomas de Vaal yazır: “Ermənilərin azərbaycanlılara məxsus məscidin belə asanlıqla yer üzündən silmələrini linqvistik oyun ilə izah etmək olar: Sən demə, Ermənistan azərbaycanlılarını ölkənin tarixindən asanlıqla silmək olar. Çünki XX əsrə qədər burada azərbaycanlıları "tatar", "türk" və ya sadəcə "müsəlman" adlandırırdılar. Bununla belə onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr idilər…Bir sözlə, onlar indiki azərbaycanlıların babaları idilər. Beləliklə ermənilər İrəvanda "fars məscidi" haqqında danışanda, "fars" deməklə unutdurmaq istəyirlər ki, 1760-cı ildən bu məsciddə dua edənlər azərbaycanlılar olub...”.

Ermənistanda Rusiya və SSRİ-nin yardımı ilə dövlət sahibləndikdən sonra ermənilər həmin ərazidə erməniləşdirmə siyasəti aparmağa başlayıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə deportasiyası üç mərhələdə aparılıb:

Birinci mərhələ, 1905–1920-ci illər;

İkinci mərhələ, 1948–1953-ci illər;

Üçüncü mərhələ, 1988–1992-ci illər.

Müəllifin yazısından daha bir sitat: “Bu düşərgələr uşaqlara qonşu xalqları tarixi düşmən kimi qələmə verən qərəzli rəvayətlər təqdim etməklə onlara tarixə təhrif olunmuş baxış verir”.

Bu çox gülünc yanaşmadır. Çünki jurnalistin mənsub olduğu etnik qrupun nümayəndələri uzun illər türkləri, o cümlədən azərbaycanlıları uşaqlarına düşmən olaraq təqdim ediblər. Həmin tərbiyə ilə böyüyən Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin fevralın 26-da Xocalıda törətdikləri soyqırımı haqqında belə yazıb: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı... Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”.

Serj Sarqsyan
Serj Sarqsyan

Ermənistanının keçmiş prezidenti Serj Sarqsyanın Xocalıda törədilmiş soyqırımı ilə bağlı etiraflarına nəzərə salaq: “Xocalıdan əvvəl azərbaycanlılar fikirləşirdilər ki, biz onlarla zarafat edirik. Onlara elə gəlirdi ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik”... O, jurnalistin minlərlə adamın ölməsindən təəssüf keçirib-keçirmədiyi barədə sualına cavabında bunları deyib: “Mən heç bir təəssüf keçirmirəm...hətta minlərlə əhali ölərsə belə bu cür sərt gedişlər zəruridir”.

“Gün ərzində bir türk etdiyiniz pisliklə bağlı özünüzə hər gecə hesabat verin” deyən faşistlərin nökəri Qaregin Njdeyə İrəvanda heykəl qoyan Melodyinin mənsub olduğu ermənilərdir. Elə Los-Ancelesdən olan bu jurnalist xanım da həmin Njdenin, Balayanın, Sarqsyanın ruhunda tərbiyə alıb.

Bu baxımdan onun Azərbaycan yeniyetmə və gənclərinin tərbiyəsinin qayğısına qalması çox gülünc görünür. Melodilər türk düşmənliyi tərbiyəsi ilə böyüyüb.

Onun dayaq yeri kimi istinad etdiyi Avropa İttifaqı və Avropa Şurası indiyədək 300 minlik qərbi azərbaycanlının pozulan vətəndaş və insan hüquqları barədə bir cümləlik sənəd belə qəbul etməyib. Odur ki, bu tip düşüncənin daşıyıcıları yaşadıqları ölkədən asılı olmayaraq türk düşmənidir. Bu tiplər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına daim əngəldir. Onlar mənsub olduqları etnosun başına başlıca bəladır. Melodi də jurnalistikanın bütün qaydalarının əleyhinə gedərək türk düşmənliyini gizlədə bilməyib. Bu xanıma bir yaddaş daha: Qərbi azərbaycanlılar Ermənistanın əsl sahibi, ermənilər isə gəlmədir.

Son xəbərlər

Orphus sistemi