COVİD-19 pandemiyasının tüğyan etdiyi bu çətin günlərdə sosial təcrid vəziyyətində olan bir çox insanlar son ümidini dövlətin dəstəyinə bağlayır.
Martın 19-da prezident
Bundan 10 gün sonra işçi qrupunun rəhbəri iqtisadiyyat naziri
Sözügedən 10 proqramdan birincisi koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdə çalışanların üzləşdiyi zərəri ödəmək üçün maliyyə dəstək tədbirlərini nəzərdə tutur. Belə ki, pandemiyanın fəsadlarına bütövlükdə məruz qalan 11 sahə, o cümlədən ictimai iaşə, nəqliyyat, ticarət, turizm, xidmətlər sahələri müəyyənləşdirilib.
Sadalanan sahələrdə qanuni əmək müqaviləsi əsasında şəffaf şəkildə çalışan hər kəs bu proqram çərçivəsində dövlət tərəfindən maliyyə dəstəyi alacaq. Proqram bütövlükdə 304 min əməkdaşı olan 44 min müəssisəni əhatə edir. Yəni rəsmi əmək müqaviləsi ilə çalışmağın əhəmiyyəti bir daha əyani şəkildə ortaya çıxdı. Hazırda ölkədə əmək müqaviləsi ilə çalışanların sayı 1 555 mindir ki, bunların 915 mini dövlət və neft-qaz sektorlarında, yerdə qalan 640 mini isə qeyri-neft sektorunda çalışır.
Proqrama əsasən maliyyə dəstəyinin mexanizmi ya işçinin həqiqi əməkhaqqına, ya da ölkədə rəsmi orta aylıq əmək haqqına görə hesablanacaq. Xatırladaq ki, bu ilin yanvar ayında orta aylıq əmək haqqı 712 manat təşkil edirdi. Proqramda əməkhaqqı fondunun 50 faizini müəssisələrə və sahibkarlara birbaşa ödəmələr şəklində ayırmaq nəzərdə tutulur.
Bununla belə müəssisələr özləri də gərək arxayınlaşmasın. Dövlət başçısı İlham Əliyev də sahibkarların üzərində böyük məsuliyyət olduğunu qeyd edib: “Biz bütün lazımi qərarları qəbul etdik, qanunvericilikdə lazım olan düzəlişləri etdik və edəcəyik. Ona görə indi sahibkarlar da ümumi işimizə uyğun fəaliyyət göstərməlidirlər və belə olan halda biz bu böhrandan da şərəflə çıxacağıq”.
Emiliya Abbasova