Bakı. 25 sentyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ciddi irəliləyiş gözləməyə dəyməz.
Bu barədə "Report"a Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov BMT Baş Assambleyası çərçivəsində Elmar Məmmədyarovla Zöhrab Mnatsakanyanın sentyabrın 26-da keçiriləcək görüşünü şərh edərkən bildirib.
"Payızın əvvəlində Dağlıq Qarabağ üzrə beynəlxalq vasitəçilərin fəallığı, bir qayda olaraq, artır. Onların fəaliyyətində növbəti fəallıq, adətən, ilin sonunda müşahidə olunur. Belə vəziyyətdə münaqişə tərəflərinə beynəlxalq imicin qorunması baxımından heç olmasa, "danışıqlar haqqında danışılqlara" hazır olduğunu göstərmək sərfəlidir. Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda keçiriləcək görüş bu tendensiyaya ideal şəkildə uyğundur", - M.Neyjmakov deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan yenə də seçki kampaniyası rejimində hərəkət etməyə məcburdur: "ABŞ-da erməni icmalarının nümayəndələri ilə görüş zamanı onun yenidən ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac olduğunu xatırlatması buna nümunədir".
nbsp;
Ermənistan baş nazirinin belə iş rejimi kifayət qədər kəskin bəyanatlar və addımlar nəzərdə tutur, o cümlədən də xarici siyasət sahəsində. Bu mənada, Bakı və Yerevan arasında hətta texniki danışıqlarda da əlavə çətinliklər yaranır. Odur ki, Nyu-York görüşündən də ciddi irəliləyiş gözləməyə dəyməz. Bu isə yaxın perspektivdə vasitəçi kimi Moskvanın rolunun daha da arta biləcəyi deməkdir
Mixail NeyjmakovSiyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov&