​Ekspert: "Erməni məsələsi Vatikandan başlayır" - RƏY

​Ekspert: "Erməni məsələsi Vatikandan başlayır" - RƏY "Bu gün Qərb və onun liderləri erməni tərəfinə qondarma "soyqırımı"nın olmadığını başa salırlar"
Analitika
14 Aprel , 2015 20:31
​Ekspert: Erməni məsələsi Vatikandan başlayır - RƏY

Bakı. 14 aprel. REPORT.AZ/ Vatikanın yardımı ilə ermənilər "Böyük Ermənistan"nın mövcud olması haqqında yalançı sənədlər və yalançı tarix yaymağa başlayıb. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunun elmi əməkdaşı, tarixçi Rizvan Hüseynov Roma papası I Fransiskin bu yaxınlarda qondarma "erməni soyqırımı"nın tanıması ilə bağlı bəyanatını şərh edərkən bildirib. 

"Erməni məsələsi Vatikandan başlayır. Katolik kilsəsinin əsasən XVI-XVII əsrlər və XVIII əsrin əvvəlində apardığı siyasət çərçivəsində ərazisinin guya Osmanlı Türkiyəsi və Səfəvi Azərbaycanını əhatə etdiyi Ermənistanın yenidən yaradılması planı ortaya qoyulub. O zamanlar Vatikan tərəfindən Azərbaycanın qədim mənbələrinin saxtalaşdırılması üçün konsepsiya uydurulub", - R.Hüseynov qeyd edib. 

O vurğulayıb ki, katolik kilsəsi Mxitar adlı şəxsin rəhbərlik etdiyi "mxitaristlər" cəmiyyətinin yaradılmasını dəstəkləyib. Sen-Lazar adasının rəhbərliyi tərəfindən həmin şəxsin ixtiyarına kilsə və çox sayda əlyazmalar verilib, bu əlyazmalar əsasında onlar indiki qondarma "Böyük Ermənistan" konsepsiyasını hazırlayıblar".

"Vatikanın himayəsi altında yalançı sənədlər və yalançı tarix Avropa ölkələrində yayılmağa başlayıb və daha sonra "XIX-XX əsrlərdə erməni nasional-azadlıq hərakatı"nın katalizatorlarından birinə çevriliblər", - tarixçi bildirib. O əlavə edib ki, Vatikan nifaq və qarşıdurmadan başqa heç nəyə nail olmayacaq.

R.Hüseynov xüsusi vurğulayıb ki, bu gün Vatikandan fərqli olaraq, Qərb və onun liderləri erməni tərəfinə qondarma "soyqırımı"nın olmadığını başa salırlar.

O bildirib ki, bu halda Vatikan müsəlman və xristian aləmləri arasında gərginliyi artırmaq məqsədilə Türkiyəni istənilən sərt tədbirlər görməyə təhrik edir. 

"Bu kontekstdə heç bir erməni alimi və ya siyasətçisi Türkiyənin gəlib arxivləri araşdırmaq çağırışına cavab verməyib. Bu arxivlərdə olduğum zaman qondarma "erməni soyqırımı" haqqında materialların olmasına dair məsələ ilə maraqlandım. Türk həmkarlarım aydın şəkildə bildirdilər ki, "soyqırımı" faktı dünyanın heç bir arxivindəki heç bir ciddi sənədlə təsdiqlənmir və heç yerdə təsbit olunmayıb", - institutun əməkdaşı qeyd edib. 

R.Hüseynov əlavə edib ki, Vatikanın öz tarixində çoxlu qara ləkələr var. Bunlardan orta əsrlərdə inkvizisiyasının fəaliyyətini, xaç yürüşlərini və Latın Amerikasında yerli əhali arasında konkistadorların əli ilə törədilən kütləvi soyqırımı aksiyalarını göstərmək olar. 

"Öz tarixində bu qədər qara ləkə olan kilsə heç bir anlayışı olmayan proseslər haqqında necə danışa bilər?! Bundan belə çıxır ki, tez-tez dinlərarası mədəni dialoq, müxtəlif xalqların və müxtəlif din nümayəndələrinin birləşməsi uğrunda mübarizə aparan Roma papasının sözlərində zərrə qədər həqiqət yoxdur. Əslində, o, Türkiyə Cümhuriyyəti və ermənilər arasında münasibətlər də daxil olmaqla vəziyyəti çətinləşdirmək üçün əlindən gələni edir", - tarixçi bildirib. 

Son xəbərlər

Orphus sistemi