BP - Azərbaycanda neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının 0,4%-ni təşkil edir

BP - Azərbaycanda neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının 0,4%-ni təşkil edir Azərbaycanda neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının 0,4%-ni təşkil edir
Analitika
22 Avqust , 2014 06:28
BP - Azərbaycanda neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının 0,4%-ni təşkil edir

Bakı. 22 avqust. REPORT.AZ/ BP Britaniya şirkətinin hesabatına əsasən, Azərbaycanın sübut edilmiş neft ehtiyatları 2014-cü ilin əvvəlinə 1 mlrd. ton (7 mlrd. barel) təşkil edir. 

Beləliklə, Azərbaycanda neft ehtiyatları dünya üzrə neft ehtiyatlarının 0,4%-ni təşkil edir. Ölkə üzrə neft hasilatının cari həcmini nəzərə alaraq, hələ 20,5 illik neft ehtiyatları qalıb.

Hesabatda qeyd edilir ki, bu gün dünyada neft ehtiyatları 238,2 mlrd. ton təşkil edir. "Qara qızılın" ən böyük ehtiyatları Yaxın Şərq ölkələrindədir. Bu günə olan məlumatlara əsasən, burada dünyadakı neft ehtiyatlarının 47,9%-i və ya 109,4 mlrd. ton neft cəmlənib. Bundan başqa, dünyadakı neft ehtiyatlarının 19,5%-i Mərkəzi Amerikanın, 13,6%-i - Şimali Amerikanın, 8,8%-i - Avropa və Avrasiyanın, 7,7%%-i Afrika qitəsinin v 2,5%-i Asiya-Sakit okean regionunun payına düşür. 

Sübut edilmiş neft ehtiyatlarının həcmi aşağı olan ölkələrə gəldikdə, burada birinci yer Venesuelaya məxsusdur. Bü ölkıəmim 46,6 mlrd. ton (298,3 mlrd. barel) həcmində neft ehtiyatları var, bu da ümumdünya neft ehtiyatlarının 17,7%-ni təşkil edir. 

İkinci yeri Səudiyyə Ərəbistanı tutur - onun ehtiyatları 36,5 mlrd. ton (265,9 mlrd. barel) kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanında dünyadakı bütün neft ehtiyatlarının 15,8%-i cəmlənib. 

Növbəti yerdə Kanada - 28,1 mlrd. ton (174,3 mlrd. barel), İran - 21,6 mlrd. ton (157 mlrd. barel), İraq - 20,2 mlrd. ton (157 mlrd. ton), Küveyt - 14 mlrd. ton (101,5 mlrd. barel), Birləşmiş Ərəb Əmirlikləri - 13 mlrd. ton (97,8 mlrd. barel), Rusiya - 12,7 mlrd. ton (93 mlrd. barel), ABŞ - 5,4 mlrd ton (44,2 mlrd. barel), Qazaxıstan - 3,9 mlrd ton (30 mlrd. barel)й).

Cədvəl

Ölkə Sübut edilmiş neft ehtiyatları, mlrd. ton Dünya ehtiyatlarında xüsusi çəki, %
1 Venesuela 46,6 17,7
2 Səudiyyə Ərəbistanı  36,5 15,8
3 Kanada 28,1 10,3
4 İran 21,6 9,3
5 İraq 20,2 8,9
6 Küveyt  14,0 6,0
7 BƏƏ 13,0 5,8
8 Rusiya 12,7 5,5
9 ABŞ 5,4 2,6
10 Qazaxıstan 3,9 1,8

Son xəbərlər

Orphus sistemi