Bakı. 26 iyul. REPORT.AZ/ "Çin, Hindistan və digər yüksək sürətlə inkişaf etməkdə olan ölkələrin sayəsində dünya neft bazarı azı 2035-ci ilədək artacaq".
Bunu "Report"a Belarus Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin dekan, professor Mixail Kovalyov deyib.
"Neftin 65%-ni avtomobillər istehlak edirlər. Onların elektromobillərlə əvəz edilməsi proqramı isə neftə olan tələbin artmasının qarşısını alacaq. Artıq bu yerdə neft-kimya haqqında düşünmək vaxtıdır və bu da əməkdaşlığın bir sahəsidir. Deyirlər, daş dövrü daş bitdiyinə görə başa çatmayıb. Neft əsri də belə olacaq, amma bu, gələcək nəslin dövrünə düşəcək", - professor bildirib.
Neftin qiymətinin tənzimlənməsində OPEC-in rolundan danışan M.Kovalyov qeyd edib ki, bu təşəbbüs neftin qiymətini 2016-cı ildəki 30 dollar səviyyəsindən indiki 75 dollara qədər artırmaqla öz rolunu oynayıb: "Əminəm ki, artıq ABŞ-ın şist nefti və gələcək elektromobillər kimi bugünkü təhdidlər qarşısında ənənəvi OPEC ilə əməkdaşlıq yalnız güclənəcək".