Azərbaycanın 20 sığortaçısının məcmu aktivləri 1,1 mlrd. manatdır - İCMAL

Azərbaycanın 20 sığortaçısının məcmu aktivləri 1,1 mlrd. manatdır - İCMAL “Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 099,629 mln. manat təşkil edib.
Analitika
5 Aprel , 2019 11:39
Azərbaycanın 20 sığortaçısının məcmu aktivləri 1,1 mlrd. manatdır - İCMAL

“Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 1 099,629 mln. manat təşkil edib.

“Report”un məlumatına görə, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,8% çoxdur.

2018-ci ildə sığortaçılardan 11-i aktivlərini artırıb, 9-u isə azaldıb.

Hesabat ilində sığorta şirkətlərinin cəmi uzunmüddətli aktivləri 2,2 dəfə artaraq 371,34 mln. manat, cəmi qısamüddətli aktivləri isə cüzi azalaraq 728,288 mln. manat olub. 11 şirkət uzunmüddətli aktivlərini, 10 şirkət isə qısamüddətli aktivlərini artıra bilib.

Hesabat dövründə sığortaçıların cəmi öhdəlikləri 41,3% artaraq 661,896 mln. manat təşkil edib. Sığortaçılardan 14-də öhdəliklər artıb, 6-da isə azalıb. O cümlədən, şirkətlərin uzunmüddətli öhdəlikləri 43,4% artaraq 628,827 mln. manat, qısamüddətli öhdəlikləri isə 11,1% artaraq 33,07 mln. manat olub. 13 şirkət uzunmüddətli öhdəliklərini, 12 şirkət isə qısamüddətli öhdəliklərini artırıb.

Ötən il sığorta şirkətlərinin həm cəmi, həm də nizamnamə kapitalı 2,5% artaraq müvafiq olaraq 437,732 mln. manata və 328,501 mln. manata çatıb. Bazar iştirakçılarından 13-ü cəmi kapitalını, 3-ü isə (“AXA Mbask” Sığorta Şirkəti” “Atasığorta” və “Xalq Sığorta” ASC-lər) nizamnamə kapitalını artıra bilib. 

Son xəbərlər

Orphus sistemi