Azərbaycanda müasir tələblərə uyğun aqrar sektor formalaşır - TƏHLİL

Azərbaycanda müasir tələblərə uyğun aqrar sektor formalaşır - TƏHLİL Son 1 ildə Azərbaycanda aqrar sahədə aparılan islahatlar – bir sıra kənd təsərrüfatı müəssisələrinin yenidən istifadəyə verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti”, “Azəraqrar Dövlət İstehsal və Emal Birliyi” MMC-lərin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar Tədqiqatlar Mərkəzinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin yaradılması, kənd təsərrüfatı texnikası, damazlıq heyvan və gübrə bazarının liberallaşdırılması nəticə verməkdədir.
Analitika
9 İyul , 2019 14:35
Azərbaycanda müasir tələblərə uyğun aqrar sektor formalaşır - TƏHLİL

Son 1 ildə Azərbaycanda aqrar sahədə aparılan islahatlar – bir sıra kənd təsərrüfatı müəssisələrinin yenidən istifadəyə verilməsi, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti”, “Azəraqrar Dövlət İstehsal və Emal Birliyi” MMC-lərin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Aqrar Tədqiqatlar Mərkəzinin, “Aqrar Tədarük və Təchizat” ASC-nin, Aqrar Kredit və İnkişaf Agentliyinin, Aqrar Xidmətlər Agentliyinin yaradılması, kənd təsərrüfatı texnikası, damazlıq heyvan və gübrə bazarının liberallaşdırılması nəticə verməkdədir.

Bunu aqrar sektorla bağlı açıqlanan statistik göstəricilər də sübut edir.

Belə ki, təkcə bu ilin yanvar-may aylarında Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6,7% çox olub. Artım bitkiçilik məhsullarında 24,9%, heyvandarlıq məhsullarında isə 2,9% təşkil edib. Rəqəmləri Dövlət Statistika Komitəsi açıqlayıb.

Aqrar sahədə istehsalla yanaşı, ixrac da artmaqdadır. Belə ki, 2019-cu ilin ilk 5 ayında Azərbaycan 241 milyon ABŞ dolları 252 min ton meyvə-tərəvəz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27% və 25% çoxdur. Bu rəqəmlər isə Dövlət Gömrük Komitəsinə məxsusdur.

İqtisadçı-ekspert Cəfər İbrahimli

"Əkin əraziləri daha optimal, daha məhsuldar istifadə olunacaq".

Cəfər İbrahimli

&

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, kənd təsərrüfatı sahəsində yeni dövlət şirkətlərinin yaradılması fermerlərə məhsullarını vahid mərkəzdən bazara çıxarmağa, saxlama imkanları olmayan malları daha sürətlə realizə etməyə imkan verib: "Odur ki, ixracın həcminin artması təbiidir".

Azərbaycanda yeni qurumların yaradılması ilə yanaşı, aqrar sahə ilə bağlı bir sıra mexanizmlər təkmilləşdirilməkdədir. Belə ki, Prezident İlham Əliyevin imzaladığı “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmana əsasən, gələn ildən fermerlər subsidiyanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) alt platforması olan Subsidiya İnformasiya Sistemi (SİS) vasitəsilə alacaqlar.

“Burada əsas məsələ subsidiyaların daha operativ verilməsidir. Subsidiyalaşmadan sonra regionlar üzrə müəyyən olunan kvota və əmsalların tətbiqi əkin ərazilərinin daha optimal, daha məhsuldar istifadə olunmağına gətirib çıxaracaq”, - C.İbrahimli qeyd edib.

Millət vəkili Vahid Əhmədov

"Xammal əvəzinə emal olunmuş məhsul ixrac etsək daha çox gəlir əldə edə bilərik".

Vahid Əhmədov

Депутат Милли Меджлиса Вахид Ахмедов&

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da deyir ki, aqrar sektorla bağlı atılan addımlar bəhrəsini verməkdir. Bununla belə, millət vəkili təklif edir ki, bəzi məqamlara xüsusi diqqət yetirilsin: “Məsələn, hazırda Azərbaycan keyfiyyətli taxılı Rusiya və Qazaxıstandan alır. Çünki özümüz keyfiyyətli taxıl istehsalına nail ola bilmirik. Buna diqqət yetirmək lazımdır. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində də boşluqlar var və onları aradan qaldırmalıyıq. Azərbaycanda pomidor istehsalında müasir texnologiyalardan istifadə edilərək böyük nəticələr əldə edilib. Amma pomidoru xammal şəklində deyil, emal olunmuş şəkildə (tomat və s. formada) ixrac etsək, daha çox gəlir əldə edə bilərik”.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə isə əmin edir ki, təmsil etdiyi qurum əsas fəaliyyətini idarəetmə sistemində çevikliyi və səmərəliliyi artırmağa yönəldib: “Son nəticədə aqrar sektorun bazaryönümlülük səviyyəsi yüksəlib, fermerlərin əlverişli şərtlərlə bazara çıxış imkanları artıb. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha böyük nəticələrə gətirib çıxaracaq”. 

Son xəbərlər

Orphus sistemi