Azərbaycan səfirliyinə hücumdan bir il ötür - ŞƏRH

Azərbaycan səfirliyinə hücumdan bir il ötür - ŞƏRH Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyə terror hücumun birinci ildönümüdür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbayc
Analitika
27 Yanvar , 2024 09:45
Azərbaycan səfirliyinə hücumdan bir il ötür - ŞƏRH

Bu gün Azərbaycanın İranın İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə terror hücumunun birinci ildönümüdür. Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində səfirliyimizə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Prezident İlham Əliyev 2023-cü il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransında iştirakı zamanı jurnalistin “İranla Azərbaycan arasında münasibətlərin normallaşmasını necə görürsünüz? Birinci addımı kim atmalıdır?” sualının cavabında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu terror aktı adlandırıb: “Bu, Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş terror aktı idi. Terrorçu 30-40 dəqiqə ərzində tərk-silah edilməmişdir və polis maşınları, təhlükəsizlik xidmətinin işçiləri gəlib-gedirdilər, amma onlar ona iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə işçilərindən birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan verdilər. Terrorçunu əliyalın tərk-silah etmiş mühafizə işçilərindən birinin cəsarəti ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımzın ailələri, o cümlədən uşaqları o binada yaşayırdılar”.

Prezident İlham Əliyev Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı dərhal və şəffaf istintaqın aparılmasını tələb etdiyini bildirmişdi: “Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır”.

İlham Əliyev
İlham Əliyev

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə səfirliyə terror hücumu ilə bağlı açıqlamasında xain terror aktını qətiyyətlə pisləyərək bildirib: “Biz bu qanlı aktı törədənlərin aşkar edilərək ən ağır şəkildə cəzalandırılmasını tələb edirik”.

Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

İran rəsmiləri hadisə ilə bağlı bəyanatlarında hücumun siyasi motivli olduğuna dair əlamətin olmadığını qeyd edərək onun məişət zəminində baş verdiyinin iddia ediblər. Bütün dəlillər və faktlar olmasına baxmayaraq, Yasin Hüseynzadə barəsində hökm çıxarılmayıb.

Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başlanıb. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində "lazımi qədər tutarlı sübutlar"ın olduğunu qeyd edib.

Təhlilçilər hesab edir ki, Tehran hakimiyyəti bu məsələdə siyasi maraq güdür.

Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin İrandakı səfirliyimizə hücumun ildönümü ilə bağlı yaydığı bəyanatda bildirilib ki, İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası 2024-cü il yanvarın 27-də keçiriləcək.

BMT baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni terror aktı kimi pisləyib.

Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoyub.

İran milli futbol çempionatında çıxış edən, Təbrizin "Traktor" futbol komandası yaydığı açıqlamada "qardaş acısını qardaş çəkər" ifadəsini işlədərək terror hücumunu qınamışdı.

ABŞ-dən olan ekspert və Hudson İnstitutunun baş elmi işçisi Maykl Skott Doran hücumun arxasında İrandakı hakim rejimin dayandığını bildirmişdi: “Empirizmə əsaslanan qayda budur ki, İrandakı səfirliyə hücumu rejim istəməsəydi, baş verməzdi”.

“Atlantic Council” Elmi-Tədqiqat Mərkəzinin baş elmi işçisi, Beynəlxalq Vergi və İnvestisiya Məsələləri Mərkəzinin enerji, artım və təhlükəsizlik üzrə direktoru Ariel Koen hücumu İranın "rəsmi Bakıya qarşı düşmən münasibəti" olaraq səciyyələndirərək qeyd edib ki, səfirliyə hücum "İran hakimiyyətinin xəbəri olmadan baş verə bilməzdi".

Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov silahlı hücumda "İran hakimiyyətinin əli olduğu"nu vurğulamışdı. Onun sözlərinə görə, İran mətbuatında davamlı olaraq "Azərbaycan əleyhinə kampaniya aparılması Tehran hakimiyyətinin günahının bir hissəsidir”.

ABŞ-nin "IHS Markit" konsaltinq şirkətinin MDB və Qafqaz ölkələri üzrə baş analitiki Aleksandr Melikişvili Azərbaycanın Tehrandakı səfirliyinə hücumun İran hakimiyyətinin "səssiz razılıq verdiyini" ehtimal edib. O, hücum edən şəxsin köşkdə oturan İranın polis əməkdaşına əl yelləməsini əsas gətirərək Tehran rejiminin səfirliyin təhlükəsizliyini təmin etmədiyini bildirib.

Beləliklə, səfirliyə terror hücumuna Tehran hakimiyyətinin laqeyd yanaşması İrandakı diplomatik missiyaların təhlükəsizliyinin təhdid altında olduğunu təsdiqləyir. İran istənilən ölkəyə qarşı hikkəsini səfirliklərə hücumla tökə bilər. Çünki bu, İranda 45 il əvvəl ABŞ-nin səfirliyinə hücum ənənəsindən qaynaqlanır.

Son xəbərlər

Orphus sistemi