Ekspert: “Azərbaycan heç zaman Aİ-yə üzvlüklə bağlı düşünülməmiş addım atmayıb”

Ekspert: “Azərbaycan heç zaman Aİ-yə üzvlüklə bağlı düşünülməmiş addım atmayıb” “Şərq Tərəfdaşlığı” proqramının Azərbaycan üçün əsas elementi bərabərhüquqlu ikitərəfli münasibətlər formatının olmasıdır”.
Analitika
20 Fevral , 2020 13:54
Ekspert: “Azərbaycan heç zaman Aİ-yə üzvlüklə bağlı düşünülməmiş addım atmayıb”

“Şərq Tərəfdaşlığı” proqramının Azərbaycan üçün əsas elementi bərabərhüquqlu ikitərəfli münasibətlər formatının olmasıdır”.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov Ukrayna, Gürcüstan və Moldovanın xarici işlər nazirlərinin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa Komissiyasına Avropa İttifaqının (Aİ) 2021-2027-ci illər üzrə maliyyə perspektivi çərçivəsində “Şərq Tərəfdaşlığı” regionlarına maliyyə dəstəyi verilməsi ilə bağlı birgə müraciətini şərh edərkən deyib.

“Şərq Tərəfdaşlığı” layihəsi ötən əsrin 90-cı illərinin sonlarında, postsovet dövrünün hələ də davam etdiyi vaxtda, postsovet məkanında yaranmış yeni və gənc dövlətlər bir çox çətinliklərlə üzləşərkən yaranmışdı. Altı postsovet dövləti üçün layihə hazırlayan Avropa İttifaqının da konkret məqsədi var idi - onları Rusiyanın təsir dairəsindən çıxarmaq və özünə daha güclü bağlarla bağlamaq”, - T.Abbasov bildirib.

Onun sözlərinə görə, bu proqramın 2008-ci ildə başladıldığı vaxtda Aİ-də GUAM-ı fəal şəkildə təbliğ edən “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdarları var idi.

“Layihənin məqsədi iqtisadi baxımdan çox geosiyasi idi. Bütün bu illər ərzində ölkələrin “Şərq Tərəfdaşlığı” ilə bağlı öz fikirləri formalaşıb. Bu üçlük - Moldova, Ukrayna, Gürcüstan Aİ ilə assosiativ sazişlər imzalayıblar, Ermənistan da sonradan bir növ “natamam” saziş imzalayıb. Azərbaycan isə mövqeyini dəyişməyib, iqtisadi məqsədəuyğunluğa və Brüsselin öz baxış bucağını yeridə biləcəyi qeyri-bərabər tərəfdaşlığa əsaslanaraq belə formatda sazişin imzalanması üçün heç bir səbəb olmadığını düşünür”, - ekspert qeyd edib.

T.Abbasov xatırladıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iqtisadi göstəricilərini xeyli yaxşılaşdırıb, enerji bazarında nəzərəçarpan oyunçu olub və bir sıra beynəlxalq infrastruktur layihələrinin yaradılmasında birbaşa iştirak edib: “Düzü, münasibətlərin müxtəlif aspektlərini - energetika sahəsindəki əlaqələri, ticarət dövriyyəsini nəzərə alsaq, Azərbaycan digərlərindən daha çox Aİ-yə inteqrasiya edib. Azərbaycan Aİ-nin doqquz dövləti ilə strateji iqtisadi tərəfdaşlıq barədə “tamhüquqlu” sazişlər bağlayıb. Ancaq Azərbaycanın bu dövlətlərlə eyni sırada dayanmağa kəskin ehtiyacı yoxdur”.

"Azərbaycan heç bir diqtəni qəbul etmir".

Tofiq Abbasov

Politoloq

O əlavə edib ki, Azərbaycan heç bir diqtəni qəbul etmir: “Bizə sonradan əleyhimizə ola biləcək hansısa xüsusi şərtlər “yeridilməməlidir”. Avropalılar bizə çox şey vəd etmişdi – viza rejiminin, vətəndaşlarımızın Avropaya səfər edəcəyi zaman şərtlərin sadələşdirilməsini. Bu yaxşıdır, amma indi Azərbaycan geoiqtisadi müstəvidə bir qədər fərqli mövqeyə malikdir. Azərbaycan Qərb bazarlarına sabit enerji resursları təchizatçısıdır. Enerji qaynaqlarımızın əsas istehlakçıları Avropa dövlətləridir. Bunun çox faydalı tərəfdaşlıq olduğunu gizlətmirik, amma istənilən halda Azərbaycana hansısa xüsusi şərtlər qoymaq, normalar diqtə etmək qəbuledilməzdir. Ona görə də Azərbaycan heç zaman Aİ-yə üzvlüklə bağlı düşünülməmiş addım atmayıb. Aİ isə həmişə bərabərhüquqlu tərəfdaşlığın əhəmiyyəti məsələsini qaldırıb. Bu prinsip yalnız Aİ və ona üzv olan dövlətlərlə yox, həm də ümumilikdə bütün dövlətlərlə münasibətlərdə əsasdır”.

Azərbaycan və Aİ arasında yeni sazişin imzalanma vaxtı barədə danışan politoloq vurğulayıb ki, bunun bu il baş verəcəyini açıqlayıb: “Düşünürəm ki, Aİ ilə yeni sazişin imzalanması həqiqətən o qədər də uzaq deyil, elə o zaman da hər şey yerinə oturacaq. Bu istiqamətdə ölkəmiz üçün xüsusi başağrısı gözləmirəm. Azərbaycan Ai qarşısında götürdüyü öhdəliklərə sadiqdir”.

O, Azərbaycan milli elitasının hədəflərini görmək, milli maraqları qorumaq, hüquqlarının pozulmayacağı istiqamətdə müzakirələr aparmaq bacarığına sahib olduğunu bildirib: “Düşünürəm ki, avropalılar bunu başa düşüb və dərk ediblər. Bu gün Azərbaycan rəhbərliyinin iqtisadi siyasəti praqmatikdir, işləkdir və təkcə bu günün ehtiyaclarını deyil, həm də perspektivdə xalqın narahatlıqlarını və ümidlərini nəzərə alır”.

Son xəbərlər

Orphus sistemi