Azərbaycan-Avropa əlaqələrinin genişlənməsi və Aİ rəhbərlərinin fərqli mövqeyi - ŞƏRH

Azərbaycan-Avropa əlaqələrinin genişlənməsi və Aİ rəhbərlərinin fərqli mövqeyi - ŞƏRH Avropa İttifaqının (Aİ) hədəflərindən biri də dünyada güc mərkəzi olaraq çıxış etməkdir. İkinci Dünya Müharibəsindən sonra Almaniya və Fransa kimi biri-birinə tarixi zidd qüvvənin başçılığı ilə bu beynəlxalq birliyin təsis edilməsi də bunu təsdiqləyir. An
Analitika
7 Noyabr , 2023 13:51
Azərbaycan-Avropa əlaqələrinin genişlənməsi və Aİ rəhbərlərinin fərqli mövqeyi - ŞƏRH

Avropa İttifaqının (Aİ) hədəflərindən biri də dünyada güc mərkəzi olaraq çıxış etməkdir. İkinci Dünya Müharibəsindən sonra Almaniya və Fransa kimi biri-birinə tarixi zidd qüvvənin başçılığı ilə bu beynəlxalq birliyin təsis edilməsi də bunu təsdiqləyir. Ancaq ötən illər ərzində, hətta “soyuq müharibə” dövründə bu qurumun aparıcı gücü görünmədi. Son 30 ildə, yəni sovet ittifaqı dağılandan sonra da Aİ daha çox kölgədə qalmağa üstünlük verib.

Bunun səbəblərindən biri heç şübhəsiz ki, idarəçiliklə bağlıdır. Mövcud olduğu illərdə ittifaqda bir sıra cinayətlər baş verib. Qanundankənar işlər daha çox lobbiçilik fəaliyyəti ilə bağlı olur. Avropa İttifaqı parlamenti sədrinin müavini Eva Kaylinin də üzvü olduğu cinayətkar qrupun törətdiyi əməlləri yada salmaq kifayət edər.

Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan erməni lobbisi fəaliyyət göstərib.

Avropa İttifaqı rəhbərliyinin Azərbaycanla Ermənistan arasında vasitəçilik cəhdlərini də uğurlu saymaq olmaz. İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən rəsmi Bakının imtina etməsi buna örnəkdir. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Bu qurumun rəhbərləri öz ölkələrində hakimiyyətdə olduqları illərdə də problemlərin həllində acizlik göstəriblər. Məsələn, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belçikada Baş nazir olarkən hökuməti antimiqrasiya siyasəti yürüdüb. Bu düşüncənin ittifaqa gətirilmədiyinə şübhə yoxdur. Kompromis ustası sayılan Mişel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşaması istiqamətində aparılan danışıqlarda tərəfli göründü. Bununla da diplomatik fəaliyyət cəhdi uğursuz oldu.

Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Avropa İttifaqının ali nümayəndəsi Jozep Borreli də uğurlu rəhbər saymaq olmaz. İspaniyada xarici işlər naziri işləyərkən krallığın ərazi bütövlüyü ilə bağlı məsələnin həllinə yardım edə bilməyib. Əksinə, onun mövqeyi etnik ehtirasların qızışmasına səbəb olub. Odur ki, Jozep Borrelin dünyada baş verən müxtəlif münaqişələrə münasibəti də yarımçıq görünür. Onun başçılıq etdiyi sahə vahid bazar və ortaq pul toplusu sahəsində uğur qazana bilməyib.

Avropa İttifaqı rəhbərliyində belə yarımçıq siyasi xadimlər fəaliyyət göstərsə də, quruma üzv ölkələrlə Azərbaycanın iqtisadi-ticarət, siyasi-dilplomatik və mədəni əlaqələri daha yüksək səviyyədədir.

Ötən gün Xorvatiyanın baş naziri Andrey Plenkoviçin Azərbaycana səfəri bunu təsdiqləyən çoxsaylı faktlardandır.

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Çexiya, Rumıniya, Bolqarıstan, Polşa, Slovakiya, Sloveniya, Monteneqro, Macarıstan, İtaliya, Niderland Krallığı və Avropa İttifaqına üzv olan başqa dövlətlərin liderlərinin səfərləri Azərbaycana marağın yüksək olduğunu göstərir. Son 3 ildə Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi həcminin artması da buna sübutdur.

Azərbaycanın ittifaq üzvləri ilə əlaqələri və əməkdaşlığı enerji təhlükəsizliyi sahəsində də özünü göstərir. Rəsmi Bakı ittifaqın bu istiqamətdə ən etibarlı tərəfdaşı olaraq çıxış edir.

Aİ-yə üzv ölkələrlə əlaqələrin genişlənməsi, həmin dövlətlərin liderlərinin Bakıya səfərləri onların Azərbaycanın ərazi bütövlüyünü tam bərpasına münasibətinin göstəricisidir. Şarl Mişel, Jozep Borrel kimi yarımçıq və tərəfli rəhbərlərindən fərqli olaraq, ittifaqın ayrı-ayrı üzvləri Azərbaycanın ərazi bütövlüyü, yaxud İrəvanın əsassız iddialarını danışıqlarda müzakirə etmirlər. Odur ki, ittifaqın ermənipərəst, Yelisey sarayının göstərişi ilə fəaliyyət göstərən bəzi rəhbərlərindən fərqli olaraq, quruma üzv dövlət üçün ərazi məsələsi bitib. İndi yeni dövr başlayıb. Avropa İttifaqına üzv ölkələr yeni dövr və şərait üçün siyasət qurur. Bakı-Tbilis-İrəvan üçtərəfli əməkdaşlığın perspektivini müzakirə edir, ittifaqın rəhbərliyi isə hələ də vasitəçilik missiyası arzusundadır...

Son xəbərlər

Orphus sistemi