Avronun məzənnəsi 30 aylıq maksimuma yüksəlib

Avronun məzənnəsi 30 aylıq maksimuma yüksəlib "Report": FED yaxın iki ildə uçot dərəcəsini 3-3,5%-ə çatdıracaq
Analitika
27 İyul , 2017 13:58
Avronun məzənnəsi 30 aylıq maksimuma yüksəlib

Bakı. 27 iyul. REPORT.AZ/ ABŞ dolları əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsi son 30 ayın minimal səviyyəsinə qədər ucuzlaşaraq, 1,1777 USD/EUR-a çatıb. 

"Report" xəbər verir ki, buna səbəb dünən ABŞ Federal Ehtiyat Sisteminin (FED) keçirdiyi növbəti iclasında uçot dərəcəsini artırmaması və balansını azaltmağa başlaması ilə bağlı konkret vaxtı bildirməməsi amilləri olub. 

Qeyd edək ki, FED-in növbəti iclası sentyabrın 19-20-da keçiriləcək. Bu tarixə qədər, avqustun 24-26-da ABŞ-ın Cekson Hol (Jackson Hole) kurort şəhərciyində dünya mərkəzi banklarının rəhbərlərinin sammitində monetar sərtləşdirmə ilə bağlı önəmli açıqlamaların verilməsi mümkündür. 

"Report"un analitik qrupu avqustun əvvəlindən etibarən dolların yüksəlməyə başlayacağını proqnozlaşdırırlar: "Lakin yüksəlişın qısamüddətli olacağı gözlənilir. Dolların zəifləməsi ABŞ iqtisadiyyatına müsbət təsir göstərdiyinə görə, bunun bir müddət davam etməsi və məzənnənin yaxın 6-9 ay ərzində 1,15-1,20 USD/EUR diapazonunda dalğalanacağı ehtimal edilir. 2018-ci ilin ilk rübündən etibarən isə ABŞ iqtisadiyyatının güclənməsi və inflyasiyanın 2% - hədəf səviyyəsinə yaxinlaşması ilə dolların sürətlə güclənməsi gözlənilir".

"Gələn ildən etibarən FED-in uçot dərəcəsini daha sürətlə və iri addımlarla artıracağı, balansını daha sürətlə azaldacağı ehtimal edilir. FED-in 2019-cu ilin ortalarına qədər uçot dərəcəsini 3-3,5%-ə çatdıracağı proqnozlaşdırılır", - Agentliyin analitikləri qeyd ediblər. 

Son xəbərlər

Orphus sistemi