Analitik: "ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi sanksiyalar Ermənistana mənfi təsir göstərəcək"

Analitik: "ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi sanksiyalar Ermənistana mənfi təsir göstərəcək" Bakı. 5 sentyabr. REPORT.AZ/ ABŞ-ın Rusiya və İrana qarşı qəbul etdiyi sanksiyalar Ermənistana mənfi təsir göstərəcək.
Analitika
5 Sentyabr , 2018 13:00
Analitik: ABŞ-ın Rusiya və İrana tətbiq etdiyi sanksiyalar Ermənistana mənfi təsir göstərəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ "ABŞ-ın Rusiya və İrana qarşı qəbul etdiyi sanksiyalar Ermənistana mənfi təsir göstərəcək".

Bunu "Report"a açıqlamasında analitik Ehtiram Aşırlı bildirib.

Onun sözlərinə görə, Ermənistan Rusiya iqtisadiyyatından asılıdır və bu dövlətdəki iqtisadi böhranın mənfi təsirləri işğalçı ölkə üçün qaçılmazdır: "İdxal məsələləri və transferlər haqqında danışarkən bu prosesin Ermənistana birbaşa təsiri olduğunu da qeyd edə bilərik. ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bu baxımdan, ”Mehri" Azad İqtisadi Zonasında İran şirkətləri ilə birgə iş görmək istəyənləri də təhlükə gözləyir. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini riskə atmaq istəməyəcəklər. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər. Həmçinin ölkədə siyasi-iqtisadi sabitliyin mövcud olmaması ölkə iqtisadiyyatına mənfi təsir göstərir". 

Son xəbərlər

Orphus sistemi