Aborigen xalqların soyqırımı - Kanada minlərlə insanın qətlinə görə məsuliyyət daşıyır - ŞƏRH

Aborigen xalqların soyqırımı - Kanada minlərlə insanın qətlinə görə məsuliyyət daşıyır - ŞƏRH 30 illik işğala son qoyan Azərbaycan tarixi zəfəri ilə ikili standartlardan çıxış edən dövlətləri, beynəlxalq təşkilatların yuxusunu ərşəyə çəkib. Ermənistan qalıb bir kənarda, onlar Azərbaycanın ünvanına qondarma, əsassız ittihamlar səsləndirir, sanksiya
Analitika
31 Oktyabr , 2023 17:18
Aborigen xalqların soyqırımı - Kanada minlərlə insanın qətlinə görə məsuliyyət daşıyır - ŞƏRH

30 illik işğala son qoyan Azərbaycan tarixi zəfəri ilə ikili standartlardan çıxış edən dövlətlərin, beynəlxalq təşkilatların yuxusunu ərşə çəkib. Ermənistan qalıb bir kənarda, onlar Bakının ünvanına qondarma, əsassız ittihamlar səsləndirir, sanksiyalarla hədələyirlər. Fransa başda olmaqla erməni diasporundan yemlənən bir sıra dövlətlər və təşkilatlar heç bir halda rəsmi Bakı təkbaşına tarixi ədaləti bərpa etməsi ilə barışmaq istəmir, riyakar mövqe ortaya qoyurlar. Bəlli olduğu kimi, Fransa və Hindistanın ermənilərə hərbi dəstək çağırışlarından sonra növbə Kanadaya çatıb. Bu ölkə xüsusi canfəşanlıqla hayların növbəti hamisi statusunu öz üzərinə götürüb.

Ən acınacaqlısı odur ki, uzun illər ərazisində separatçılıq hərəkatından əziyyət çəkən (Kvebek bölgəsindən söhbət gedir - müəl.) bu dövlət Azərbaycanın tarixin arxivinə atdığı bölücülüyə indi dəstək verir. Müstəqil olmamaq, kiminsə forpostu olmağın fəsadı bax budur. Yoxsa Kanada hara, Ermənistan hara? ABŞ-dən, Fransadan aldığı əmr və tezislərə uyğun hərəkət edən rəsmi Ottava gülüş doğuran açıqlamalarla, hədələrlə çıxış edir. Xarici işlər naziri Melani Coli min kilometrlərlə uzaq məsafədə yerləşən Ermənistana göndərilərək ölkəmiz əleyhinə hədyanlar səsləndirməyə məcbur edilir. Bəli, məhz məcbur edilir. Saxta erməni sevgisi elə onun Kanada şaxtasından çat verən soyuq simasından hiss olunur. Bir də sual olunur - xanım Coli, axı sən hüquq pozuntusu və ayrı-seçkilikdən nə danışa bilərsən? Hansı beynəlxalq hesabata, sənədə istinad edirsən? Axı Bakını ittiham etməyə əsas verən belə bir fakt yoxdur?! Hətta İrəvan belə şokdadır.

Başqa bir maraqlı məsələ odur ki, ermənilərin soyqırımına məruz qoyduğu Azərbaycan xalqı heç bir zorakılığa yol vermədən ermənilərin Qarabağdan könüllü getmələrinə şərait yaradıb. İndi isə Coli kimi erməni havadarları durub utanmadan Azərbaycanı “etnik təmizləmədə” ittiham edirlər. Ermənistana səfəri zamanı ölkəmizə qarşı əsassız ittihamlar səsləndirən Melani Coli bir az da həddini aşaraq Bakını sanksiyalarla hədələləməkdən belə çəkinməyib. Əlbəttə, bu, ilk deyil, o, bundan əvvəl də Azərbaycana qarşı çağırışları ilə siyasi alət olduğunu nümayiş etdirmişdi. Erməni diasporunun əlaltısına çevrilmiş Melani Coli, təbii ki, özü və naziri olduğu ölkəsi müstəqil qərar qəbul etmək gücündə deyil. Beynəlxalq imici gülünc və bərbad olan Kanadanın ABŞ tərəfindən idarə edilən marionet ölkə olduğunu bütün dünya bilir.

Ədalət, insan hüquqlarından danışan Melani Coli yaxşı olar ki, Kanadanın keçmişinə boylansın və həqiqətləri ifadə etsin, əgər doğrudan da ədalətlidirsə. Ondan fərqli olaraq Azərbaycan soyqırımı nəticəsində özünə dövlət qurmayıb, kütləvi şəkildə uşaq qatili olan ölkə deyil. Kanadanın isə gerçək siması məlumdur. Ona görə də bütün bu vəhşiliklərin fonunda ölkəmizi etnik dözümsüzlükdə ittiham etməsi siyasi əxlaqsızlıq və mənəviyyatsızlıqdır.

Yeri gəlmişkən, bu ölkə aborigen xalqları yer üzündən silməkdə ixtisaslaşıb və bu istiqamətdə saysız-hesabsız faktlar mövcuddur. Tarixə qısa ekskurs etməklə bunu sübut etmək mümkündür. Məsələn, Kanadada aborigen qadın və qızların yoxa çıxması və öldürülməsi soyqırımı sayıla bilər. Kanadada təsis edilən Milli Təhqiqat Komissiyasına onların 1500-ə yaxın ailə üzvü ifadə verib. Həmin hesabatda irqçi və genişmiqyaslı zorakılıqlar haqqında saysız-hesabsız faktlar ortaya qoyulub. 1970-ci ildən bəri 4000 qadın itkin düşüb və ya öldürülüb. Bu rəqəm hələ rəsmidir, çünki bir çox ölüm halları göstərilməyib və ya aşkarlanmayıb. Hesabatda yerli qadınlara qarşı bu zorakılığın müstəmləkəçilik siyasətinin davamı olduğu bildirilir. Kanada hindularının bir neçə nəslinin hüquqları pozulub.

Milli Təhqiqatın baş komissarı Marion Bullerin sözlərinə görə, hökumət yerli məktəb və xəstəxanaları bilərəkdən az maliyyələşdirib. O əlavə edir ki, "fərqli mənşəyinə baxmayaraq, bütün yoxa çıxmalar və qətllər Kanada cəmiyyətinin iqtisadi, sosial və siyasi marginallaşma, irqçilik təfəkkürü ilə bağlıdır". Rezervasiyalarda olan yerli qadınların 44%-i yoxsulluq həddində yaşayır. Bundan əlavə, yerli qadınlar digər qruplardan olan kişilərdən və qadınlardan daha az qazanırlar. Yoxsulluq, marginallaşma və tibb sektorunun maliyyələşdirilməməsi şəraitində Kanadada yerli əhali altı dəfə çox psixi pozğunluqlardan, beş dəfə çox mədə-bağırsaq xəstəliklərindən, dörd dəfə daha çox eşitmə, görmə problemlərindən əziyyət çəkir.

Yerli hindu qadınlar zorakılığa ən çox məruz qalanlardır. Hökumətin statistikasına görə, onlar Kanada qadınlarının 4%-ni, qətlə yetirilən qadınların isə 16%-ni təşkil edir. Çox vaxt onlara qarşı cinayət törədənlər ədalət məhkəməsindən də qorxmurlar. Sadəcə olaraq, belə hərəkətlərdən qurtulmaları bir qaydaya çevrilib. Polis bir çox hallarda itkin düşən qadınlara “sərxoş”, “fahişə” damğası vurur. Çox vaxt polisin biganəliyi ilə üzləşən itkin qadınların ailələri və yaxınları özləri axtarışlar təşkil edirlər. Məsələn, Merilin V. adlı qadın Qərb mediasına müsahibəsində bildirib ki, axtarışa başladılar, plakatlar asdılar, kömək istədilər: “Ailəmiz toplaşdı, orada bir polis var idi, bu məsələni araşdırmalı idi. Onun vecinə deyildi. Mübahisə etməyə başladıq, qəzəbləndim, sadəcə olaraq bu ümidsizlikdə boğuldum. Və onu axtarmağa belə cəhd etmədi. O, məzuniyyətə getdi, heç mənə demədi. Mənimlə ünsiyyət qurmağa belə cəhd etmədi”.

Beləliklə, bu sadalanan faktlar Kanadanın əsl simasını ortaya qoyur, müstəqil dövlət olmadığını, kiminsə diktəsi ilə oturub durduğunu tam şəkildə sübuta yetirir. Əminik ki, bu çirkin birtərəfli siyasəti kanadalı seçicilər hakimiyyətə bağışlamayacaq, növbəti seçkilərdə bu riyakar hakimiyyəti birdəfəlik tarixin arxivinə atacaq.

Son xəbərlər

Orphus sistemi