Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev NATO-nun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikov ilə görüşüb.
"Report" xəbər verir ki, səfir bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"NATO-nun Cənubi Qafqazdakı nümayəndəliyinin rəhbəri Aleksandr Vinnikov ilə konstruktiv görüş keçirdim. Biz regional təhlükəsizliyi, ümumi prioritetləri və gələcək əməkdaşlığı müzakirə etdik. Göstərdiyi dəstəyə görə NATO-ya təşəkkür edirəm. Eyni zamanda, biz sıx qarşılıqlı əlaqələrin davam etdirilməsi barədə razılığa gəldik", - səfir qeyd edib.