XİN başçıları Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasını müzakirə ediblər

“Ermənistanla Azərbaycan arasında nəqliyyat və kommunikasiyaların açılmasını müzakirə etdik. Eyni zamanda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində də fikir mübadiləsi apardıq”.

“Report”un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Bizim iştirakımızla üç və dördtərəfli formatlar mövcuddur“, - deyə nazir vurğulayıb.

Digər xəbərlər