Bakı. 13 dekabr. REPORT.AZ/ Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
"Report"un məlumatına görə, Azərbaycanın Baş naziri Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
*** 18:44
Xələf Alı oğlu Xələfov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
"Report"un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.