Vladimir Putin Azərbaycana səfərə gəlib

Bakı. 12 iyun. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Prezidentini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar. 

Digər xəbərlər