Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, diplomat təbrikini "X" hesabında paylaşıb.
"Dost Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edirik! 44 günlük müharibədə Zəfər postsovet məkanında digər münaqişələrin aradan qaldırılması istiqamətində mühüm addım oldu", - səfir yazıb.