Türk dövlətləri onkoloqlarının assosiasiyasının yaradılması təklif olunub.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov iyunun 13-də Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, qurumun yaranması və fəaliyyəti dövrü olaraq hər il belə tədbirlərin keçirilməsi üçün zəmin yaradacaq.