Türk Dövlətləri Təşkilatının (TDT) Elm, Texnologiya, Sənaye və İnnovasiyadan məsul 2-ci Nazirlər Toplantısı oktyabrın 23-24-də Bakıda keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə məlumat Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün yekunu olaraq qəbul edilmiş Qəbələ Bəyannaməsində əks olunub.
Məlumata görə, TDT-yə üzv dövlətlər və müşahidəçi ölkələr bu sahələrdə əməkdaşlığı gücləndirmək üçün fəal iştirakı təşviq etdiklərini bəyan ediblər.