TBMM sədri: "Qarabağ Zəfəri nəticəsində regionda sülh və əməkdaşlıq mühiti təmin olundu"

"Qarabağ Zəfəri ilə yalnız işğal altındakı torpaqlar işğaldan azad olunmadı, həm də regionda intizarında olduğumuz daimi sülh, sabitlik və əməkdaşlıq mühiti təmin edildi".

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 8 Noyabr - Zəfər Günü münasibətilə "X" hesabında yazıb.

O, Azərbaycan dövlətini və xalqını təbrik edib: "Bu Zəfər naminə canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, qazilərimizə minnətdarlığımı çatdırıram".

Digər xəbərlər