Səfir: "Vışeqrad qrupu Azərbaycanın Aİ ilə əməkdaşlığı yaxşılaşdırmaq istiqamətində gördüyü işləri dəstəkləyir"

Bakı. 19 iyul. REPORT.AZ/ "Vışeqrad qrupu Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni razılaşmanın imzalanmasına dair danışıqların sürətləndirilməsini dəstəkləyir".

"Report"un məlumatına görə, bunu Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski bildirib.

Onun sözlərinə görə, Vışeqrad qrupu həmçinin Azərbaycan və Aİ arasında gələcək strateji münasibətlərin, o cümlədən energetika sahəsində əlaqələrin dərinləşməsini alqışlayır: "Qrupa üzv dövlətlər Bakı ilə Brüssel arasında yeni strateji tərəfdaşlığa dair sənədin imzalanması ilə bağlı danışıqların sürətləndirilməsini dəstəkləyir".

Digər xəbərlər