Səfir: "Şotlandiyada 52 azərbaycanlı tələbə təhsil alır"

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Şotlandiyada 52 azərbaycanlı tələbənin təhsil aldığını bildirib.

"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.

O qeyd edib ki, Azərbaycanda yüzlərlə Şotlandiya məzunu var: "Bu il 52 istedadlı gənc dövlət təqaüdçüsü kimi Şotlandiya universitetlərində təhsil alır. Universitetlər arasında ikili diplom və tədqiqat əməkdaşlığının artırılması üzərində işləyirik".

Digər xəbərlər