Latviya və Azərbaycan bu ilin payızında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair memorandum imzalaya bilər.
“Report” xəbər verir ki, bunu Latviyanın Kənd Təsərrüfatı Nazirliyinin dövlət katibi Rayvis Kronberq Bakıda keçirilən Azərbaycan-Latviya Biznes Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, memorandum iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin gücləndirilməsinə yönəlib: “Düşünürəm ki, biz bunu payızda, COP29-da iştirak etmək üçün Bakıya gələndə imzalayacağıq. Ancaq dəqiq vaxtı bu gün Kənd Təsərrüfatı Nazirliyində görüş zamanı müzakirə edəcəyik”.