Bu gün xalqlarımızın səhiyyə sistemi üçün birgə çalışmalıyıq.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Qırğızıstanın səhiyyə naziri Alımkadır Beyşenalıyev TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.
Onun sözlərinə görə, son dövrlər dünyada baş verən pandemiya bunu bir daha sübut edir: "Dərman istehsalı və yoluxucu xəstəliklərin qarşının alınması üçün birgə proqramlar yarada bilərik".