Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Rəqəmsal Monitorinq Mərkəzinin yaradılmasını müzakirə etməyi təklif edir.
"Report" xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
O, Qazaxıstanın tamamilə rəqəmsallaşan bir ölkə olmağı hədəflədiyini vurğulayıb:
"Bu, bizin strateji hədəfimizdir. Süni intellekt sahəsində bu ilin əvvəlində 400-dən çox tələbə xüsusi təhsil aldı. Süni intellekt sahəsində ilk araşdırma universiteti də yaratmağı planlaşdırırıq".