Qazaxıstan Prezidenti gələn həftə Azərbaycana gələcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycana səfər edəcək.

"Report"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

"Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının XII Zirvə toplantısında iştirak edəcək", - Qazaxıstan Prezidentinin mətbuat xidmətinin məlumatında qeyd edilib

Digər xəbərlər

Azərbaycan FAMEX-ə dəvət edilib 14 noyabr, 2026 / 18:44