Qana nümayəndəsi: QHT-lərin səylərinin birləşdirilməsi praktiki fəaliyyətlərə imkan verəcək

Qlobal Cənubun qeyri-hökumət təşkilatları arasında həmrəyliyin möhkəmləndirilməsi üzrə yeni təşəbbüs marginallaşdırılmış və həssas cəmiyyətlərin hüquqlarının qorunmasında mühüm rol oynayır.

"Report" xəbər verir ki, bunu Qananın “Dream Hunt” təşkilatının nümayəndəsi Porşa Adu-Mensa bildirib.

"Yeni təşəbbüs çərçivəsində Qlobal Cənub QHT-lərinə dəstək son dərəcə vacibdir. Bir çox cəmiyyətlər marginallaşdırılmış və həssas olaraq qalır. İndiyə qədər isə kifayət qədər insan hüquqları müdafiəçilərimiz olmayıb", - o qeyd edib.

Qanalı nümayəndənin sözlərinə görə, QHT-lərin səylərinin birləşdirilməsi praktiki fəaliyyətlərə çevrilə biləcək ideyaları irəli sürməyə imkan verəcək:

"Bir çox cəmiyyətlər zərər çəkib, lakin müdafiəçilərin olmaması səbəbindən onların problemləri uzun müddət diqqətdən kənarda qalıb. İndi biz layihələrin insanların real ehtiyaclarına yönəldiyi və konkret dəyişikliklərə gətirib çıxaracağı nəticələrin əldə olunmasına çalışırıq".

Digər xəbərlər