Prezident İlham Əliyev Misirdə işgüzar səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

"Report" xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıb.

Digər xəbərlər

Azərbaycan Rusiyaya nota verib 06 fevral, 2026 / 18:19