Prezident İlham Əliyevin Davosda İsrailin Baş naziri ilə görüşü olub

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 24-də Davosda İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri məmnunluqla xatırlanıb, səfərin nəticələrinin Azərbaycan-İsrail əlaqələrinin inkişafına yeni təkan verdiyi qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif aspektləri müzakirə edilib, gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. 

Digər xəbərlər