Pakistan Senatının sədri gələn həftə Azərbaycana gəlir - EKSKLÜZİV

Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Azərbaycana səfər edəcək.

"Report"un əldə etdiyi məlumata görə, sədr Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə Bakıya oktyabrın 29-da gələcək.

Səfər çərçivəsində onun həmin gün Milli Məclisin keçirəcəyi Azərbaycan Konstitusiyanın 30-cu ildönümünə həsr olunan beynəlxalq konfransda iştirakı nəzərdə tutulub.

Digər xəbərlər