​PA rəsmisi: "Hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə məruz qalırsansa deməli ölkə düzgün yolla irəliləyir"

Bakı. 19 iyun. REPORT.AZ/ "Əgər kiçik müsəlman ölkəsisənsə və zənginsənsə milli və dövlətçilik maraqlarını qorumaq çox çətin olur və müstəqil xarici siyasət həyata keçirmək istəyirsənsə bu qeyri-mümkün olur".

“Report”un xəbərinə görə, bunu, Azərbaycana qarşı edilən xarici təzyiqlərin şərh edən Azərbaycan Respublikası Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” hesabında yazıb.

Onun fikrincə, əgər ölkə hər tərəfdən müxtəlif xarakterli təzyiqlərə və hücumlara məruz qalırsa, deməli düzgün yolla irəliləyir.

Digər xəbərlər