Nazir müavini: "Azərbaycan UNESCO-nun mandatının səmərəli həyata keçirilməsinə töhfə verir"

Bu gün Azərbaycan İcraiyyə Şurasının üzvü kimi UNESCO-nun mandatının səmərəli həyata keçirilməsinə dəyərli töhfə verir.

“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov UNESCO-nun 42-ci Baş Konfransında deyib.

“Biz həmçinin Silahlı Münaqişələr zamanı Mədəni Sərvətlərin Mühafizəsi Komitəsində - uzun müddət silahlı təcavüz və işğaldan əziyyət çəkdiyimiz üçün bizim üçün son dərəcə vacib olan komitədə fəaliyyət göstəririk”, - o bildirib.

Digər xəbərlər