Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir.
“Report”un xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycan Ermənistana, Ermənistan da Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə bir sıra iddialar qaldırıb.
O bildirib ki, bu proses sülh gündəliyi ilə eyni vaxtda davam edir: “Bu ziddiyyət həm bizi, həm də İrəvanı düşündürməlidir”.
Nazirin sözlərinə görə, başqa bir məsələ Ermənistanın beynəlxalq məhkəmələrə təqdim etdiyi sənədlərdə Ermənistanın sülh müqaviləsi ilə bağlı qəbul etdiyi 5 baza prinsip arasında ziddiyyət var: “Yəni Ermənistan beynəlxalq məhkəmələrə sülh müqaviləsi gündəmindən fərqli mövqelər təqdim edir”.