Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) Azərbaycanın sədrliyinin qarşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf sahələrində prioritetləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baxışları və siyasi kursu ilə üst-üstə düşür.
"Report" xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərrar Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.
"AQEM-in VII Zirvə Görüşünün mövzusu Asiyada qarşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişafa həsr olunub. Azərbaycanın sədrliyinin bu sahələrdə prioritetləri Birləşmiş Ərəb Əmirliklərinin baxışları və siyasi kursu ilə üst-üstə düşür", – o qeyd edib.
Xəbər yenilənəcək.