NATO-nun Baş katibi Yens Stoltenberq Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüş keçirib.
“Report”un yerli bürosu xəbər verir ki, görüş NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində baş tutub.
Toplantı çərçivəsində gürcü nazirin bir sıra həmkarları ilə də ikitərəfli görüşləri olub.